adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Dekabr 2016 22:15
23093
ŞOU-BİZNES

Britni Spirsin ölüm xəbəri yayılıb

Britni Spirsin ölüm xəbəri yayılıb.

Adalet.az saytı xəbər verir ki, bu barədə Virtualaz.org "Sony Music” şirkətinin rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, "Sony Music” şirkətinin "Twitter” mikrobloqunda məşhur müğənni Britni Spirsin ölümü barədə xəbər yayılıb. Amerikalı ulduzun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi və yaxın saatlarda ətraflı məlumat veriləcəyi bildirilir.

Maraqlıdır ki, bu tvitlə demək olar ki, eyni vaxtda Bob Dilanın rəsmi mikrobloqunda eyni xəbər paylaşılıb. Az sonra həmin tvitlər silinib.

Məlumat dəqiqləşdirilir.