Britaniya və Norveç Ukraynanı gücləndirmək üçün yeni koalisiya yaradır
Böyük Britaniya və Norveç yeni dəniz koalisiyası yaradacaq.
Koalisiyanın yaradılmasında məqsəd Ukraynanın dənizdəki hərbi imkanlarının gücləndirilməsi olacaq.
Bu barədə Britaniya Müdafiə Nazirliyindən məlumat verilib.
“Böyük Britaniya Norveçlə birlikdə dənizdəki imkanların gücləndirilməsi üzrə yeni koalisiyaya rəhbərlik edəcək ki, bu koalisiya Ukraynanın dənizdə hərəkət qabiliyyətinin gücləndirilməsi üçün gəmilər və nəqliyyat vasitələrinin təchizatını təmin edəcək”, - deyə bəyanatda bildirilib.
Nazirlikdən, həmçinin əlavə edilib ki, yeni koalisiya Ukraynaya uzunmüddətli dəstək, o cümlədən hərbçilərin təlimi, Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi üçün avadanlıq və infrastrukturla təminat məsələlərini həyata keçirəcək.
Britaniya Müdafiə Nazirliyindən qeyd edilib ki, uzunmüddətli perspektivdə koalisiyada iştirak edən ölkələrin dəstəyi Ukraynaya öz hərbi donanmasını transformasiya etməyə, onu NATO standartlarına uyğunlaşdırmağa kömək edəcək. Bundan əlavə, dəstək tədbirləri bütövlükdə Qara dənizdə təhlükəsizliyin gücləndirilməsini təmin edəcək.
Qeyd edək ki, Böyük Britaniya və Norveç artıq Ukrayna hərbçilərinə təlimlər keçir. 2023-cü ildə Norveç hakimiyyəti 3,2 min ukraynalı hərbçi üçün ölkədə və xaricdə təlim keçirməyi planlaşdırıb. Böyük Britaniyada əsasən ukraynalı pilotlara və texniki heyətə F-16 qırıcılarını idarə etmək üçün təlimlər keçirilir.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:44
Ukrayna “Patriot” üçün lisenziya alacaq
25 Sentyabr 2026 16:34
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
25 Sentyabr 2026 13:50
Moskvada universitetlərdə nə baş verir?
25 Sentyabr 2026 13:04
5 qazax hərbçi həbs edildi - SƏBƏB - YENİLƏNİB
25 Sentyabr 2026 12:49
Putinin köməkçisi Nyu-Yorkda Vitkoff və Kuşnerlə görüşüb
25 Sentyabr 2026 12:23
Kiyevdə Ali Ədliyyə binasına raket hücumu olub
25 Sentyabr 2026 12:12
"İranın nüvə bombası yaratmaq planı yoxdur" - Pezeşkian
25 Sentyabr 2026 11:35


Bakı -°C

