Britaniya Ukraynaya dəstək üçün hərbi gəmi göndərdi
Böyük Britaniyanın "Echo” hərbi-kəşfiyyat gəmisi Qara dəniz akvatoriyasına daxil olub.
Adalet.az xəbər verir ki, bu barədə Bosfor boğazından gəmilərin keçməsini izləyən "Bosphorus Observer” portalı yazıb.
Bildirilir ki, hazırda Britaniyanın kəşfiyyat gəmisi Qara dənizin şimalına – Ukrayna sahillərinə doğru hərəkət edir. Gəminin Moskva ilə Kiyev arasındakı Kerç insidentindən sonra Ukraynaya dəstək nümayiş etdirmək məqsədilə Qara dənizə göndərildiyi istisna edilmir.
"Echo” kəşfiyyat gəmisi hərbi məlumatların əldə olunması və sualtı monitorinq aparmaq üçün exolatorlar və sensorlarla təchiz edilib. Gəmidə həmçinin, 4 ədəd iriçaplı pulemyot, "M134 Minigun” pulemyotları və 2 ədəd "Oerlikon” zenit topatıcıları yerləşdirilib.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib. Kerç insidentindən dərhal sonra Rusiya Krıma artıq dördüncü "S-400" raketdən müdafiə sistemini də yerləşdirib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29