adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 May 2019 17:16
14467
SİYASƏT

Britaniya Kraliçası Prezident İlham Əliyevi təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

Adalet.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.