Britaniya ABŞ-a ilk dəfə qadın səfir təyin etdi
Böyük Britaniya Karen Pirsi ABŞ-a səfir göndərib.
Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.
"Böyük Britaniyanın BMT-dəki səlahiyyətli nümayəndəsi Karen Pirs ABŞ-a səfir təyin olunub. Pirs ən təcrübəli diplomatlardan biridir və Britaniyanın ABŞ-a təyin etdiyi ilk qadın səfir olacaq”, - məlumatda qeyd olunub.