adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Dekabr 2018 15:53
13895
DÜNYA

Britaniya 3,5 min əsgəri hazır vəziyyətə gətirir

Böyük Britaniya Breksitin sərt variantı zamanı gözlənilməz vəziyyətlərə hazır olmaq məqsədilə ordunu yüksək hazırlıq vəziyyətinə gətirəcək.

Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson danışıb.

Nazirin sözlərin görə, yüksək hazırlıq vəziyyətinə gətirilmiş hərbçilərin sayı 3.500 olacaq.