adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Oktyabr 2019 10:15
27211
SİYASƏT

BREKSİT DÜYÜNÜ

Üç ilbundan qabaq, konkret desək, 23 iyun 2016- cı ildə Brexitlə bağlı İngiltərədəkeçirilən rüferendumun nəticələri təkcə Avropada yox, onun siyasi və coğrafi sərhədlərindənkənarda da böyük ajiotaj doğurdu. Avropanın ən güclü dövlətlərindən birinin vətəndaşlarınınAvropa Birliyindən çıxmağa səs verməsison dövrlər, az qala ayrıca bir super dövlətə çevrilmiş bu qurumun süqutu kimi qiymətləndirilir vəbunun bir presedent olaraq digər ölkələrə də yayılacağı proqnaozlaşdırılırdı. İngilislərinbu seçimi nəinki sağ mühafizəkar və millətçi ideologiyanın gün-gündən gücləndiyiKöhnə Qitənin özündə getdikcə daha sürətlə boy atan Avroskeptiklərin, hətta həminqitənin humanist dəyərlərinin öz ölkələrinə yol açacağından əndişələnən bizimkimi çoxsaylı ölkələrin "düşünən başları” arasında da əsl atəşfəşanlığa səbəbolmuşdu.

İngiltərəninAvroa Birliyinə üzvülüyü lap əvvəldən hamar gedən proses olmayıb. Bu ölkənin indikiAvropa Birliyinin xələflərindən sayılan Avropa İqtisadi Birliyinə üzvülüyünün qarşısı düz iki dəfə (1963 və1967-ci illərdə) Britaniya iqtisadiyyatının bir çox aspektlərinin Avropaylauyğun olmaması kimi yayğın bir səbəblə Fransa prezidenti Şarl de Qoll tərəfəndənalınmışdı.İngiltərə yalnız 1973-cü ildə, yəni Şarl de Qoll 1969-cu ildə vəzifəsini, bundan bir il sonrasahəyatını itirəndən sonra həmin quruma qəbul olunur. Vur-tut iki il keçmiş isəartıq ölkənin orda qalıb-qalmaması barədə referendum keçirilir və həminreferendumda ingilislər Avropa ailəsinin üzvü olmağa səs verirlər.

1990-cıildə, yəni hələ Avropa İqtisadi Birliyini Avropa Birliyinə çevirən Maastrix müqaviləsibağlanmamışdan üç il qabaq ölkədə Birləşmiş Krallığın Müstəqilliyi adlı yeni birpartiya təsis olunur. Bu, Avroskeptiklərin təşkilatı idi və ən maraqlısı da oidi ki, onlar ölkə parlamentinə seçkilərdə heç bir uğura imza ata bilməsələr də,Avropa parlamentinə keçirilən seşkilərdə ən yaxşı nəticə göstərirdilər. ÖlkəninAvropa Birliyindən çıxması barədə referendum keçirilməsinin ilk təşəbbüskarlarıda elə həmin partiya olmuşdu. Düzdür, Avroskeptiklərin bu istiqamətdəapardıqları mücadilə, yəni 2011-ci ildə ölkəni referendumla Avropa Birliyindənçıxartmaq cəhdləri nəticəsiz başa çatdı, amma bundan dörd il sonra o vaxtki başnazir Devid Kemeron onların bu arzularını gerçəkləşdirməyə nail oldu.Əslində, D. Kemeronun referendum keçirməkdə məqsədi heç də Böyük BritaniyanıAB-dən çıxartmaq yox, ondan bir sıra sahələrdə, konkret desək, maliyyəbazarında avronun üstün mövqeyinə son qoymaq, biznesdə bürokratik müdaxilələrinqarşısını almaq, ölkələrin milli suverenliyinə təhdid yaratdığı üçün daha sıxsiyasi inteqrasiyadan imtina eləmək və Avropa ölkələrindən İngiltərəyə gələn əməkmühacirlərinin mənzil, sosial müavinətlərlə bağlı güzəştlərini aşağı salmaq vəs. bu kimi məsələləri əhatə edirdi. Doğrudur, Kemeron bu dörd şərtdən birinciüçü barədə razılıq əldə etdiyi üçün referendumda AB-də qalmaq tərəfdarı kimiçıxış etsə də artıq gec idi, cin şüşədən çıxmışdı. Onun bu demarşı nəinkiingilis cəmiyyətini, hətta rəhbəri oduğu Mühafizəkarlar partiyasını da tam ikiyerə parçaladı.

Bu qısatarixi ekskursdan göründüyü kimi Böyük Britaniyanın təkcə Avropa Birliyinə üzvolmaq prosesi yox, həm də onun həmin qurumdakı fəaliyyəti daim qalmaqallarlamüşaiyət olunub, ölkənin daxili siyasi həyatında bitmək bilməyən çəkişmələrə rəvacverib.

Düz üçildir ki, Brexit müşgülünün əlində girinc qalan ölkə siyasətçiləri öz əlləriyləqazdıqları quyunun nə qədər dərin olduğunun indi-indi fərqinə varırlar. AvropaBirliyindən boşanma isterikaları artıq iki baş nazirin başını yeyib, üçüncününbaşısa yeyilmək ərəfəsindədir. Vəziyyət isə aydınlaşmaq bilmir, əksinə,gün-gündən daha sərt dalana dirənir.

BorisConson göz yaşları içində postunu tərk edən keçmiş baş nazir Tereza Meyin kürsüsünəəyləşdiyi ilk günlərdə öz sərbəst davranışları və inamlı jestləriylə, türk babalarınınsözü olmasın, çox mutlu görünürdü. Özü də bu ovqat onun ekssentrik təbiətindənirəli gələn hala oxşamırdı, bu ovqatla o daha çox bir neçə ildir ingilis siyasətini ifliç duruma salmış birsiyasi prosesin - Brexitin açarını sanki öz cibində gəzdirən adam təsiribağışlayıdı. İndisə onu İngiltərə tarixinin ən qısa ömürlü baş naziri kimi acıbir perspektiv gözləyir.

"Ən qısaömürlü baş nazir” epiteti B. Consonun və mühafizəkarların əsas opponenti olan leyboristlərinlideri Ceremi Korbinin sözləridir. C. Korbin parlamentin fəaliyyətini oktyabrın14-ə kimi dayandırmaqla bağlı kraliçianın da razılığını alan rəqibinin vurnuxmalarıuğusuzluğa düçar olduqdan, yəni bu qərarın ali məhkəmədə ləğvindən sonra həminifadəni işlətmişdi. İndi müxalifət onu bir tərəfdənkraliçanı aldatmaqda günahlandırır, digər tərəfdən isə istefaya çağıraraq məhkəməninbu qərarından sonra istefa verməyin artıq bir şərəf məsələsi olduğunu bildirir.Ancaq B. Conson hələ ki, bu çağırışlara təslim olmaq fikrində deyil. "Əgərmüxalifət hökumətə güvənmirsə, qoy onda etimad məsələsini qaldırsın. Tez olun,uşaqlar, sizin hələ axşama kimi vaxtınız var, tələsin” – deyə o, opponentlərinəözünə məxsus dəlisovluqla müraciət edib.

Müxalifətisə baş nazirə etimadsızlıq məsələsini qaldırmağa tələsmir, çünki indiki haldabu təklifin uğur qazanacağına arxayın deyil. Məsələ burasındadır ki, B. Consonbaş nazir seçildiyi gündən indiyə kimi az qala hər çıxışında Brexitin oktyabrın31-də baş tutacağını bildirir: "Əgər həmin vaxta kimi Avropa Birliyi iləmüqavilə imzalanmasa onda müqaviləsiz boşanma olacaq”. Bunun adısa sərtBrexitdir və baş nazirin gurultulu bəyanatlarına baxmayaraq indiki halda heçcür Böyük Britaniyaya sərf eləmir. Ancaq "Brexit – nəyin bahasına olursa olsun”şüarı indiki halda xeyli cazibədar görünür deyə B. Conson erkən seçkilərə getməkməsələsini də gündəmə gətirmişdi. Müxalifət erkən seçkilərə getməyə də tələsmir.Hazırda onun yeganə taktikası Brexitin 31 oktyabrda baş tutmasına əngəl törətməkdənibarətdir. Bundan sonra baş nazirin məsələsi artıq öz-özünə həll olunacaq. Onaparlamentdə etimadsızlıq göstərmək də, erkən seçkilər olarsa hakim partiyanın məğlubeləmək də asanlaşacaq.

Parlamentbu basabasda sərt Brexiti qadağan edən qanun qəbul eləməklə Brexitin başnazirin dediyi vaxtda baş tutmaması üçün də addım atmağa macal tapıb. Ötən ayınaxırlarında qəbul edilən həmin qanundakı bəzi boşluqlara diqqət çəkənhüquqşünaslar baş nazirin manevr imkanlarının qaldığını bildirirlər. Yəni,Avropa Birliyi ilə razılıq əladə edilməyəcəyi təqdirdə təşkilatı müqaviləsiz tərketmək mümkün olacaq. Avropa birliyinin rəhbərlərinin isə güzəştə getməyəmeyilli görünmədiklərini nəzərə alsaq, indi bu az müddət ərzində müxalifətin əsasməqsədinin məhz qanundakı həmin boşluqları dolduraraq baş nazirin əl-qolunubağlamaq, onu elə 31 oktyabra kimi siyasi meyitə çevirməkdən ibarət olduğu heçkimdə şübhə doğurmur.

B.Consonun vəziyyətini ağırlaşdıran təkcə parlament müxalifəti deyil. Məlumolduğu kimi Brexitlə bağlı baş verən gəlişmələr ölkənin çox həssas nöqtəsisayılan Şimali İrlandiyada da bir çox fəsadlara yol aça bilət. Məsələ burasındadırki, Brexitdən sonra Çimali İrlandiya ilə İrlandiya Respublikasının sərhədləri məsələsindədə yeni hüquqi normalar tətbiq eləmək lazım gələcək ki, sərhəddin hər iki tərəfindəolan irlandlar bundan çox əndişəlidirlər. Uzun illər terror və silahlı qarşıdurmalarsəbəbindən ingilis siyasətinin başağrısına çevrilmiş İrlandiya böhranı yenidənalovlana bilər ki, Brexit düyünü bunun yanında toya getməli olacaq. Düzdür, başnazir öz partiyasının dünən keçirilən konfransında ölkənsinin həmin problemi həlletmiş 10 aprel 1998-ci il Belfast müqaviləsinə sadiq qalacağını vurğulayıb,amma hər hansı müqavilənin işləməsi üçün onu imzalayan bütün tərəflərin onasadiq qalması lazımdır. İrlandların isədavranışından belə görünür ki, onların sərt Brexitlə razılzşmaq fikirləriyoxdur. Üstəlik, Brexitin əleyhinə səs vermiş şotlandların da prosesin gedişindənməmnun olmadıqlarını nəzərə alsaq, sərt Brexitin baş tutacağı təqdirdəqosqocaman bir dövlətin hansı ağır siyasi böhrana yuvarlanacağını təsəvvür eləməko qədər də çətin deyil.

AvropaBirliyinin rəsmi tarixi 1951-ci ildə Qərbi Almaniya, Belçika, İtaliya, Fransa,Niderland və Lüksemburqun yaratdığı Avropa kömür və polad birliyinin yaranmatarixindən götürülsə də belə bir ideya çox qədimlərdən gündəmədə olub. Əlbəttə,söhbət orta əsr kral və imperatorlarının vahid Avropanın rəhbəri olmaqiştahlarından yox, Avropa ölkələrinin bir federasiya halında birliyinə nailolmaqdan gedir. Vaxtilə bu ideyanı dilə gətirən İmperator Napolyon, bu barədəxüsusi məruzə ilə çıxış edən böyük fransız yazıçısı və ictimai xadimi V. Hüqo bunuAmerika Birləşmiş Ştatları modelinə uyğun bir dövlət kimi təsəvvür edir,sosial-demokratlar hərbi blokların əvəzinə respublikaçıların birliyi kimi görürvə s. və i.a. Leninin Avropa Birləşmiş Ştatlarının tənqidinə həsr olunmuş tənqidifikirlərinisə, yəqin ki, sovet ali məktəblərində oxuyanlar yaxşı xatırlayırlar.Bir sözlə, bu ideya əsrlər boyu şüurlarda, müxtəlif toplantı və dərnəklərdəsonsuz müzakirələrdən keçib, onu demokratik dəyərlərə sadiq, azad təfəkkürəmalik siyasətçilər, ədalətli seçkilər yoluyla görəvə gələn və görəvdən gedən hökumətlərgerçəkləşdirib. Bu kimlərinsə kimlərəsə acıq verməsi naminə volyuntarist qərarlarlayaradılan dekorotiv qurumlara bənzər bir təşkilat deyil ki, hər gün biridağılsın o biri yaransın. İngiltərə böhranı göstərdi ki, onu nəinki dağıtmaqmümkün deyil, ordan sadəcə, baş götürüb getmək belə müşgül məsələdir. Odur ki, "Avropa dağılır” dedi-qodularına uymaq yox,realist olub, mümkün olmayana can atmaq lazımdır.

ANALİTİK XİDMƏT