"Braziliya ilə birlikdə 1,3 trilyon dollarlıq proqram hazırlayırıq" - Muxtar Babayev
COP29 uğurla həyata keçirildi, ortada çoxlu ambisiya vardı. Ancaq yeni çətinliklər ortaya çıxıb. Bəzi ölkələr bir qədər fərqli siyasət yürüdür.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Мuxtar Babayev Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, xüsusilə ABŞ-ın iqlim müzakirələrindən geri çəkilməsi bu prosesə müəyyən təsirini göstərir.
“Ancaq digər ölkələr, xüsusilə donor ölkələr indi Bakıda vəd etdikləri üzrə artıq hazırlıq işlərinə başlayıblar. COP29 tarixi bir nəticə oldu və 300 milyard dolların toplanmasına başlandı. Çox böyük uğurlar əldə edilib. Azərbaycan Braziliya komandası ilə birlikdə 1,3 trilyon dollarlıq proqramı hazırlayır. Söhbət COP29-da qəbul olunan 300 milyard dollarlıq vəsaiti 1,3 trilyona qədər artırmaqdan gedir. Biz müəyyən etməliyik ki, hansı əlavə maliyyələşdirmə kanalları var və iqlim dəyişikliyi üçün nə edilə bilər. Təkcə donorlar və istehlakçılar nəzərdə tutulmur, həmçinin cənub əməkdaşlığına baxmalıyıq. Bu, bizim üçün çox vacib bir dövrdür, kifayət qədər intensiv və mürəkkəbdir. COP29-da imzalanan sazişlər özəl sektorlara böyük qapılar açdı. Bu resursları necə səfərbər edəcəyimiz üzərində işləyirik. Həmçinin beynəlxalq maliyyə institutları və özəl sektorla birlikdə intensiv işləyirik ki, onları səfərbər edək”,- deyə o qeyd edib.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

