adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyul 2018 15:46
10567
İDMAN

“Braziliya DÇ-2014-dəki rüsvayçılıqdan qaça bildi” – Ronaldo

Brazliya millisi ilə ikiqat dünya çempionu olan Ronaldo komandanın DÇ-2018-dəki çıxışını dayandırmasına münasibət bildirib.

Qol.az-ın "Globe Esporte”yə istinadən yaydığı xəbərə görə, veteran hücumçu yığmanın yaxşı oynamasına baxmayaraq, nəticə qazana bilməməsinə təəccübləndiyini deyib:

"Braziliya millisi son dünya çempionatındakı rüsvayçılıqdan (Braziliya - Almaniya finalı - 1:7) qaça bildi. Ancaq biz həmişə komandadan daha artığını gözləyirik. Araşdırmaq lazımdır ki, niyə yaxşı oynasaq da, pis nəticə qazanırıq”.

Ronaldo komandanın baş məşqçisi Titenin vəzifəsində qalmalı olduğunu qeyd edib: "O, fenomenal məşqçidir. Komandada inanılmaz işlər görüb”.