BQXK məlumat yayıb
Təmas xətti boyu baş vermiş hadisə zamanı həlak olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb.
Adalet.az-ın xəbərinə görə, bunu APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildiriliblər.
Məlumatda qeyd olunur ki, əməliyyat fevralın 27-də tərəflərin istəyi və öz aralarında olan razılaşma əsasında gerçəkləşib.
Əməliyyat BQXK ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in xüsusi nümayəndəsi arasında əlaqəli şəkildə həyata keçirilib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.
Onların nəşi döyüş meydanında qalmışdı.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19