Boz ömürlü aktyor- Əntiqə Kərimzadə yazır...
Ümumiyyətlə, sənət adamlarının bir çoxunun taleyi həmişə fərqli eniş-yoxuşlarla dolu olur. Əlbəttə, həyat çətinliklərdən ibrətdir. Ancaq yaradıcı insanların çətinliyə baxışı da bir fərqlidir. Bəlkə də onların yaradıcılığında çəkdikləri acılar, həyatın iztirabı daha çox rol oynayır. Yəqin ondandır ki, yaradıcı adamlar daha çox kövrək, duyğusal olurlar.
Taleyi kədər dolu, ömrü keçməkeçli aktyorlardan biri də SSRİ xalq artisti Həsənağa Salayevdir. O, 1921-ci ildə Bakıda anadan olub. Aktyor 1937-ci ildə 9-cu sinfi əla qiymətlərlə bitirib, elə həmin Teatr Texnikomuna qəbul olub.Gənc istedadlı Həsənağanı tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyyətinə qəbul ediblər. O, 1941-ci ildə XX əsrin ən böyük müharibəsi II Dünya Müharibəsinə yollanır. 1946-cı ildə yenidən doğma teatrına qayıdır.
O, teatrda fəaliyyətiilə yanaşı Azərbaycan film tarixində də yaddaqalan obrazları ilə sevilir. Aktyor həm də dublyaj sahəsində uğurlu səs hesab olunur.
Gələcək həyat yoldaşı Sərvət xanımla 1959-cu ildə tanış olur və onlar arasında sevgi yaranır. Cütlük 2 il sonra evlənir. O, həyat yoldaşını heç vaxt adıyla çağırmaz, həmişə ona “Xanım” deyə müraciət edərdi.
Həyat yoldaşını böyük məhəbbətlə sevən Həsənağa Salayev təəssüf ki, onunla xoş və rahat həyat yaşaya bilmir. O, bacısı və yeznəsi ilə münaqişədən sonra ata evini tərk edir. Həsənağa dostu, Xalq artisti Adil İsgəndərov teatrda yaşamaq üçün otaq istəyir. A.İsgəndərov da dostuna teatrda qucaq açır. Ona yaşamaq üçün teatrın binasında bir otaq ayırır. Həsənağa Salayev ailə qurduqdan sonra Adil İsgəndərovdan əlavə bir otaq da istəyir və Adil müəllim evsiz aktyora əlavə bir otaq da ayırır. Həsənağa Salayev uzun illər ailəsi ilə teatrın binasında yaşayır.
Evindən didərgin salınan aktyor üçün həyat heç də asan keçmir.
O, ailəsi ilə birlikdə teatrda yaşasa da, həyat onlar üçün olduqca çətin keçir.
Onun həyatının boz günləri ağ günlərindən qat- qat çox olur. Aktyor Fin müharibəsində 20 gün əsir olur. Ona dözülməz işgəncələr verirlər. Suyun içində saxlayırlar ki, “xalq düşməni” olduğunu boynuna alsın. Lakin o, heç nəyi boynuna almadığından sərbəst buraxılır.
Çox təəssüf ki, aktyorun özü kimi övladları Dəryanur və Rəşadnurinin də taleyi qərbə olub. Aktyorun böyük oğlu Dəryanura nişanlısı xəyanət edir. Bu xəyanətdən sarsılan gənc cəbhəyə - Qarabağ döyüşlərinə gedir və şəhidlik zirvəsinə yüksəlir.
Amma kiçik oğlu Rəşadnuri isə narkotikin qurbanı çevrilir. Beləliklə, onun ailəsindən heç kim qalmır.
Xalq artisti Həsənəağa Salayevin ömür-gün yoldaşı Sərvət xanım aktyordan 17 yaş kiçik olur. Onlar 20 il birlikdə çətin, ancaq sevgi dolu bir ömür yaşayırlar.
Amansız iflic xəstəliyi aktyoru yaradıcılığının ən parlaq çağında, 54 yaşında yaxalayır. O, 7 il yataq xəstəsi olur.
Ruhən çılğın və emosianal aktyor 1981-ci ildə həyatla vidalaşır.
Digər Xəbərlər
08 Dekabr 2025 14:11
“Müsabiqəni ədalətli təşkil edə bilmirlər...”
08 Dekabr 2025 12:51
GƏDƏBƏY RAYONUNUN ADININ "QZILTORPAQ" OLARAQ DƏYİŞDİRİLMƏSİ TƏKLİFİ
08 Dekabr 2025 12:46
Əlfi ilə İslam kim... - İlqar Əlfioğlu yazır
08 Dekabr 2025 12:43
Natiq Əhmədovun xatirəsinə
08 Dekabr 2025 12:24
"İndi Həsən bəy Zədabi orda restoranın qapıçısı kimi görünür" - Xalq yazıçısı
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26


Bakı -°C

