adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Noyabr 2022 10:22
559
ELM VƏ TƏHSİL

Böyük zəfər günü -tariximizin ən parlaq və quruverici səhifəsi

Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri iki il bundan əvvəl nəhayət ki, eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə-Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu.

Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi. Azərbaycan xalqı artıq ikinci ildir ki, noyabrın 8-dən bu böyük qələbəni qeyd edir. O tarixi günlərdə, Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın qədim şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirmişdi: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"Böyük sevinc və qurur hissi yaşadan şanlı zəfər gunü artıq hər evdə, hər müəssisədə qeyd edilir, Şəhidlərin əziz xatirəsi anılır. Yeni günəşli "d" massivi 290 nömrəli tam orta məktəbin yanında yerləşən "Riyaziyyat evi" tədris mərkəzində də noyabrın 8-də qələbə günü böyük iftixarla qeyd edildi. Aparıcı Nigar iştirakçıları salamlayaraq hamını böyük zəfər bayramı münasibəti ilə təbrik etdi. Zəfər gününün Rüspublikamızda ikinci Qarabaq müharibəsində qazanılan qələbənin şərəfinə qeyd olunan bayram olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındığını dilə gətirdi.

Aparici Əlisacid mərkəzin direktoru Çiçək Zahid qızının və şagirdlərin təşəbbüsü, həmçinin, Mətanət Bağırova, Leyla Səfərova, Günel Qasımovanın təşkilatçılığı ilə hazırlanan tədbiri açıq elan etdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra öyrəncilərin ifasında Dövlət himni səsləndirildi. Sonra hərbi geyimli şagirdlər tərəfindən səhnəyə Dövlət bayrağı gətirildi. Mərkəzin öyrənciləri Xədicə, Nihat, Aylin, Mirsalam, Elza, Rüfət, Zəhra, Nigar və başqalarının ifasında müsiqi nömrələri, rəqslər, şeirlər, nəğmələr ifa etdilər. Bədii hissədən sonra aparıcı uşaqların bayrama həsr etdikləri rəsm əsərlərini iştirakçılara təqdim etdi və sözü "Riyaziyyat evi" tədris mərkəzinin direktoru Çiçək Zahidqızına verdi. Çiçək xanım öncə iştirakçıları bayram münasibətilə təbrik etdi: ”Əziz şagirdlər siz məni çıxışlarınızla kövrəltdiniz və iştirakçılara tarixi anları, 44 günlük yaşantıları xatırlatdınız. Hər birinizə təşəkkür edirəm. Bir azərbaycanlı xanım, həmçinin qarabağlı olaraq 44 günlük müharibədən danışmaq mənim üçün çox çətindi. Çünki, mən bu hadisələri, həmin ağrıları yaşamışam. Bu tədbiri ürək ağrısıyla dinlədim.

Dediyiniz şeirlər, başqa ifalarınız çox təsirli idi. Burada şəhid Mahir Məmmədovun həyàt yoldaşı Günel xanım Məmmədova iştirak edir. M. Məmmədov övladı Səlimi görmədən dünyasını dəyişdi. Mənfur düşmənlərimiz onun övlad sevincini ürəyində qoydu. Şəhidimizin övladı Səlim Mahir oğlu Məmmədlinin 3 yaşı olacaq. Mən qəhrəman şəhidimizə rəhmət, ailəsinə səbir diləyirəm. Allah heç bir övladı gözü yolda qoymasın. ”Çiçək xanım çıxışını bitirib sözü şəhid Mahir Məmmədovun həyat yoldaşı Günel xanıma verdi. O iştirakçılara belə yüksək səviyyədə tədbir hazırladıqlarına görə təşəkkürünü bildirdi. Sonra isə qəhərlənərək hər birinə yaxşı oxumağı, Vətəni sevməyi tapşırdı. Ələvə etdi ki, siz ancaq savadınızla düşmənə qalib gələcəksiniz. “Vətən sağ olsun” deyərkən göz yaşlarını saxlaya bilmədi. Aparıcı Nigar bir daha virğuladı ki, 44 günlük müharibədə əsgərlərimiz, igidlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Həmin igidlər vətən uğrunda canlarından keçdilər. Qisasımızı alaraq, tarix yazdılar:” Qazilərimizə Allahdan şəfa diləyirik. Şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyirik. Oğul nisgilli şəhid ata-analarının əllərindən öpürük. Əlisacid isə əsgərlərimizə xitab etdi:

”Salam Əsgər, adı Zəfər özü Müzəffər olan Əsgərim!

Döyüş meydanında aslana dönüb düşmənə qan udduran Əsgərim!

Yağıların başına od ələyən, Əsgərim! Vətən gözlərimin ağı, qarası

Vətənsiz ömrümün nədir mənası?

Mən sizə qurban Şəhid anası.

Rəşadətli əsgərlərimiz canı, qanı bahasına Qarabağı addım- addım irəliləyərək, vətən torpaqlarını azadlığa qovuşdurdu, bizləri ata-babalarımızın ruhu və gələcək nəsillər qarşısında xəcalətli, üzüqara olmaqdan xilas etdi. Dünyaca məşhur musiqimiz, incəsənətimiz, memarlığımız, ədəbiyyatımız üçün tükənməz mövzu mənbəyi olacaq, möhtəşəm zəfərimiz!

Salam, Şuşa, eşidirsən, həmin səsəm.

Səni hər gün yuxularda səsləyən səs...

 

Salam Şuşa, tanıdınmı?

Həmin kəsəm

Bu görüşə hər gün ümid bəsləyən kəs.

 

Sən tanıdın, Qucaq açdın.

Bil ki, görüb bu qolları, qarşıma çıxan yolları

 

Qaça-qaça gəlmişəm, mən Cıdır düzün görmüşəm,

mən

Canlanmışam bulağından su içəndə.

Dua edib Gövhər ağa məscidindən

Xəbər aldım,

sən də bizi gözləmisən,

 

Kövrək Xarıbülbülləri

Öz köksündə gizləmisən.

 

Keçən bu qəmli illəri.

Susub sakit izləmisən.

İndi susma, danış,

Şuşa,

Gör çatmışam hansı yaşa...

 

Danış qoy qəlbim alışsın

İndi səndən istəmirəm

 

Kimlərsə mənə danışsın

İstəyirəm özün məni danışdırıb dindirəsən

Öz bənzərsiz səsinlə sevindirəsən

İndi susma, danış, Şuşa

Sən igidlər məskənisən

başdan-başa

Gördün necə vuruşdular mərd oğullar?

Gördün necə olmuşdular düşməninə dərd oğullar?

Gördünmü haqqın önündə haqsız düşmən baş əyəndə?

Gördünmü o boş başlara dəmir yumruqlar dəyəndə?

Zəfərə qığılcım olan İlqar, Polad adlı bir nəfəs var idi, unutmuram! Mərd Hikmətin baxışında neçə şəhid kəs var idi, unutmuram!

Topçu Vüsal duruşunda tarixi bir dərs var idi, unutmuram!

 

“Əziz Şuşa Sən azadsan!” deyiləndə

Ürəkləri alışdıran Hiss var idi, unutmuram! Vətən, millət yolunda and içib gəldik, Sənə çatdıq!

Cəbrayılın amalından keçib gəldik

Xudayarın xəyalından keçib gəldik

 

Sənə çatdıq!

Çatan kimi torpağını

Düşmənin murdar izindən təmizlədik

Yaralı, kövrək qəlbini

Üzeyirin bəstəsiylə

Bülbülün həzin səsiylə

“Qarabağ şikəstəsiylə” əzizlədik...

Sən sonsuz bir ümid oldun,

Bütün ürəklərdə bitən

Sənsən şəhid anasının

Sağ olsun dediyi Vətən

İgidlər sənə qovuşdu,

Sən əbədi dincliyinə

Bundan sonra biz də səni

Qaytararıq gəncliyinə

Sən özün də bizim üçün işıqlı bir gələcəksən

Əziz Şuşa Sən azadsan,

Sən yene dirçələcəksən!

 

Tədbirin sonunda Çiçək Zahidqızı tərəfindən iştirakçıların fəallarına Fəxri Təltifnamələr təqdim olundu.

 

Hüsniyyə Əlizadə