adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Noyabr 2017 10:30
13148
MƏMLƏKƏT

“Böyük Yol” komandası Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndində

Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan,lakin ordumuzun şücaəti sayəsində azad edilən, dövlətimizin başçısının xüsusidiqqəti sayəsində qısa müddətdə yenidən qurulan bu kənd indi öz möhtəşəmliyiilə diqqət çəkir.

Ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunundüşmənin təxribatına layiqli cavab verməsi strateji əhəmiyyətli Lələtəpəyüksəkliyini azad edilməsi ilə nəticələndi. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuşərazilərində Azərbaycan bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılanqələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə,məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şəraityarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-dəimzaladığı "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndininbərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir.

Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailəninköçürülməsinə başlanmış və köçürmə qısa müddətdə başa çatmışdır. Ölkəbaşçısının "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davametdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixliSərəncamına uyğun olaraq isə ikinci mərhələdə kənddə 100 yaşayış evinin, uşaqbağçasının, həkim məntəqəsinin və digər zəruri sosial və infrastrukturobyektlərinin tikintisinə başlanmışdır.

"Böyük Yol” Gənclər İctimai Birliyinin idarə heyətivə könüllüləri Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndinə səfərediblər. Səfər çərçivəsində ilk öncə gənclər Horadiz-Cəbrayıl avtomobil yolununkənarındakı "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərinruhunu ehtiramla yad ediblər. Daha sonra kənddə şagirdlərin istifadəsinəverilmiş 96 şagird yerlik məktəblə tanış olublar. Məktəbin şagirdləri "BöyükYol ” komandasını əllərində bayraqlarla qarşılayıblar. Gənclər məktəbdəCəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, aliməktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərintörətdikləri vandalizm, vəhşilik, 23 il doğma kəndini tərk etməyən Həziyevlərailəsini əks etdirən fotostendlərlə və fuksional otaqlarla tanış olublar.

Səfər Cocuq Mərcanlı kəndində Şuşa məscidininbənzəri olan məscidə ziyarətlə davam edib. Daha sonra 23 il doğma kəndini tərketməyən Həziyevlər ailəsi ilə səmimi söhbət edilib, ailə ötən 23 il ərzindəyaşadıqlarını və bugünkü həyat tərzi ilə bağlı təəssüratlarını bölüşüb,yaradılmış şəraitə görə ölkə rəhbərliyinə təşşəkür edib.