adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 09:15
335
DÜNYA

"Böyük yeddilik" İranı qınadı

"Bolşoy semyorkanın" G7 (Böyük Yeddilik) liderləri təcili toplaşaraq, İranın şənbə günü  İsrailə hücumunu qınayan bəyənatlarını dərc ediblər. 

"Biz, "Böyük yeddiliyə" daxil olan ölkələrin liderləri, İranın prisidentsiz olaraq İsrailə hücumunu çox qətiyyətlə qınayırıq"- deyə,  baş verən hadisənin liderlərun keçirdikləri  videokonfransdakı müzakirəsinin sonunda  qəbul etdikləri bəyənatda bildirilir. 

 "İran İsrail tərəfə yüzlərlə pilotsuz uçuş aparatları və raketlərlə zərbə endirməyə çalışıb. İsrail, tərəfdaşlarlnın (ABŞ-ın)  köməkliyi ilə bu hücumların qarşısını alıb"- deyə qəbul olunan sənədlərin müəllifləri bildirib.

 "İran bu hərəkətləri ilə regionda vəziyyəti daha da gərginləşdirməyə doğru daha bir addım atdı və bununla da regionun nəzarətdən çıxması riskini artırmış oldu"- deyə bəyənatda qeyd olunub. "Mütləq eskalasiyadan qaçmaq lazımdır"- deyə əlavə olunub.

  "Böyük yeddiliyin" liderləri bəyan ediblər ki, stabilliyin yaranması və gələcəkdə münaqişənin əhatəsinin genişlənməsinn qarşısınıb alınması üçün fəaliyyətlərini davam etdirəcəklər.

 "Biz tələb edirik ki, İran və onun əlaltıları hücumlarını dayandırsın"... Maraqlıdır, görəsən bu "semyorkanın" liderləri (əslində bunlardan yalnız  biri xozeyndi, qalanları da onun şestyorkalarldı) niyə elə dünən- sırağagün İranın Dəməşdəki diplomatik korpusunu bombalayan və yeddi nəfərin ölmünə səbəb olan hücumu da belə operativ yığışlb qınamadılar? Niyə İsraildən də, beynəlxalq normaları, qanunları pozaraq, konsulluğun binasına aviazərbələr endirməsinin qəbuledilməz olduğunu bəyan etmədilər? Niyə İsraildən də tələb etmədilər ki, bir daha belə hərəkətlərə yol verməsin?

  Yəqin ki, ikili standartlarla yanaşma belə olur...

  Rüstəm Hacıyev