adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2025 11:45
79
GÜNDƏM
A- A+

"Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq" - Sahil Babayev

"Biz Qarabağ və Şərqi Zəngəzuru yenidən qururuq. Bu xərclərin maliyyə təminatı davamlı olaraq büdcədə nəzərdə tutulacaq".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

"Ölkə başçısının müvafiq tapşırıqları ilə növbəti dövr üçün sosial-iqtisadi inkişaf strategiyasını və Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq. Orta müddətli büdcə çərçivəmizdə bu istiqamətlər tam şəkildə nəzərə alınıb", - deyə nazir bildirib.