adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Mart 2020 23:14
15294
DÜNYA

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb

Böyük Britaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 17 089 nəfərə çatıb.

Adalet.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə və Sosial məsələlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 1019 nəfəri dünyasını dəyişib.

Bildirilir ki, yalnız ötən sutka ərzində koronavirusdan 260 ölüm halı qeydə alınıb.