adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2024 13:21
436
DÜNYA

"Böyük Britaniya iki ay dayana bilər"

Britaniyanın The Trlegraph qəzeti bildirir ki, Böyük Britaniyanın Rusiya ilə mümkün müharibədə gücü yalnız iki aya çata bilər.

Patlamentin dövlət katibinin keçmiş müavini Mark Fransua, qəzetə müsahibədində bildirib ki, Böyük Britaniya Rusiya ilə geniş miqyaslı müharibədə iki aydan çox döyüşə bilməz. Çünki onun kifayət qədər sursatı və hərbi texnikası yoxdur.

Bu məlumatı qərərgah rəisinin müavini, general-leytenant Robert Zmarouen də təstiq edərək qeyd edib ki, Böyük Britaniya mümkün münaqişə ilə bağlı resursların çatışmsmazlığı riskini nəzərə almalıdır.

Müdafiə naziri Qrant Şapps isə The Telegrapha bildirib ki, "Böyük Britaniya NATO üzvüdür və ona görə də Rusiya ilə təkbaşına münaqişəyə girə bilməz. Alyans ölkələrinin birgə ordusu isə Rusiyadan qat-qat güclüdür".

Əslində nə Rusiya NATO ilə müharibədə maraqlıdır, nə də NATO -nun Rusiya ilə müharibə aparmaq istəyi var. Aləmi bir-birinə qatan Fransa prezidenti Emanuel Makronun səsləndirdiyi sərsəm bəyənatıdır. 

Avropa dövlətlərini Ukraynaya ordu göndərməyə çağıran Makronun, heç öz ölkəsində hərbi qüvvələrini döyüşmək üçün üçüncü dövlətlərə göndərmək səlahiyyətləri belə yoxdur. Makron prezident kimi yalnız xarici legionun əsgərlərini harasa göndərə bilər ki, onların da əksəriyyəti artıq çoxdan Ukraynadadırlar. 

Ona görə də, Fransa prezidentinin sərsəm bəyənatı heç bir dövlət tərəfindən ciddiyə slınmadı. Hətta NATO-nun baş katibi Yens Stoltenberq də, Ukraynaya ordu göndərilməsinin əleyhinə çıxdı.

Rusiya prezidenti Vladimir Putin isə, öz növbəsində Makronun bəyınatına cavab olaraq təhdidlə bəyan etdi ki, əgər alyans belə bir addım atarsa, faciəvi nəticələrlə qarşılaşacaq. 

 Rüstəm Hacıye