adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Yanvar 2020 11:13
34027
DÜNYA

Bosfor boğazı gəmilərin hərəkəti üçün bağlandı - Səbəb?

Bosfor boğazı beynəlxalq gəmilərin hərəkəti üçün bağlanıb.

Trend-in məlumatına görə, buna Rusiya bayrağı altında üzən tankerin balıqçı gəmisi ilə toqquşması səbəb olub.

Qeyd olunur ki, toqquşma Bosfor boğazının Qara dənizlə birləşdiyi bölgədə baş verib.

Hadisə nəticəsində balıqçı gəmisinin heyət üzvündən 3 nəfəri itkin düşüb, 3 nəfəri isə xilas etmək mümkün olub.

Hazırda itən balıqçıların axtarışları aparılır.

İlkin məlumatlara əsasən, qəzaya sıx duman səbəb olub.