adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 13:06
363
DÜNYA

Borrel Avropa İttifaqının uçuruma yuvarlandığını etiraf etdi

 "Avropa İttifaqının iflasa uğrayan xarici siyasəti, bütün dünyanı Qərbə qarşı qoyub". Bu barədə Aİ-nin xarici siyasət komitəsinin rəhbəri Cozep Borrel öz saytında etiraf edib.

"Biriliyin olmaması ərəb dünyasında, həmçinin də Afrika,  Latln Amerikası və Asiya ölkələrində bizə çox baha başa gəldi"- deyə Borrel bildirib.

Diplomatın sözlərinə görə, Avropa İttifaqına üzv dövlətlərin Ukrayna məsələsində qətiyyətli həmrəylik göstərməsi uğurla nəticələndi. (?) Lakin Aİ Qəzza bölgəsində İsraillə yaxşı münasubətləri olmasına baxmayaraq, hərbi münaqişəni dayandıra bilmədi, humanitar faciənin qarşısını ala bilmədi və girovların azad olunmasında uğur qazanmadı. 

Avropa diplomatiyasının rəhbəri qeyd edir ki, Aİ gələcəkdə elə etməlidir ki, alyansa qarşı "dünya Qərbə qarşı" birliyi yaranmasın. Borrel bildirir ki, avropalılar, "hər yerdə, lakin spzdə yox, əməldə" prinsiplərinə əməl etməlidir. 

  Rüstəm Hacıyev