adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Iyul 2020 15:58
14078
DÜNYA

Bolqarıstanda xalq ayağa qalxdı - Prezident baş naziri istefaya səslədi

Bolqarıstanda 4 gün əvvəl hökümətə qarşı başlayanaksiyalar ölkəyə yayılmağa başlayır. Sofyadakı Baş Nazir Bayko Borisovun binasıönündə yığılan minlərlə adam höküməti istefaya çağırıb.

Aksiyalar paytaxtla yanaşı Filibe, Varna, Burqaz,Rusçuk kimi böyük şəhərlərdə geniş vüsət alıb. Xalq küçələrə axışıb.

Əsasən sakit keçən aksiyalarda ara-sıra polisləqarşıdurma yaşanıb və 2 polis yaralanıb.

Prezident Radev dünən axşam məsləhətçilərinintutulması ilə bağlı Baş Nazir Borisov hökümətini və baş müvəkkili günahlandırıbvə istefasını tələb edib.

Prezident Radev Borisovu oliqarxlarla iş birliyietdiyini iddia edib. Çıxışında AB ölkələrinə də səslənən prezident "AB-nindemokratik bir Bolqarıstana ehtiyacı var”deyib.

Prezidentin buçıxışından sonra baş nazir Borisov sosial şəbəkə hesabından etirazçılarasəslənib. O, paylaşımında xalqı polisə hörmətlə davranmağa və qan tökməməyəçağırıb.

Qeyd edək ki, prezidentRadevin məsləhətçilərindən biri dövlət sirrini yaymaqda, digəri isə nüfuzunu vəişini öz çıxarları üçün istifadə etməkdə günahlandırılır.