Boks yığmamız olimpiadada tam heyətlə təmsil olunacaq
Azərbaycanın daha bir boksçusu Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Adalet.az xəbər verir ki, Bakıda təşkil olunan boks üzrə "Rio-2016"ya Dünya Təsnifat Turniri çərçivəsində bu gün final görüşləri keçirilir. Beş çəki üzrə qaliblərin adına artıq aydınlıq gəlib. Yerli azarkeşlərin xüsusi maraqla gözlədiyi 75 kiloqram çəki dərəcəsinin final görüşü baş tutmayıb. Belə ki, Azərbaycan boksçusu Kamran Şahsuvarlının 1/4 finalda məğlub olduğu İrlaniya boksçusu Maykl Oreylinin türkmənistanlı rəqibi Açilov görüşə çıxmaqdan imtina edib. Beləliklə də Kamran Şahsuvarlı beşinci vəsiqənin sahibi olub.
Beləliklə, Azərbaycanın kişilərdən ibarət boks üzrə yığma komandası tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq.
Xatırladaq ki, bunadək ən yüksək nəticəmiz 12 il əvvəl Afina yay Olimpiya Oyunlarında qeydə alınıb. Əlcək ustalarımız sözügedən yarışda 9 nəfərlə təmsil olunmuşdu.
Sahib ƏSƏDBƏYLİ
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00