adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Aprel 2014 14:32
9884
SİYASƏT

“Bizim heç kəslə körpümüz yanmayıb”

Ümid Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin Adalet.az-amüsahibəsi 


- Nəsimi müəllim qarşıdan bələdiyyəseçkiləri gəlir. Bir sıra partiyalardaartıq seçkilərlə bağlı konkret qərar olsa da Ümid Partiyasının bu yöndə qərarınarast gəlinmir. Seçkidə iştirak edəcəksinizmi?

- Ümid Partiyası bələdiyyə seçkilərinə hazırlıqla bağlı Prezident seçkilərindəndərhal sonra qərar verib və yəqin ki, iştirak edəcəyik. İlin əvvəlindən etibarən həmregionlarda, həm də paytaxtda bu istiqamət də bir sıra ciddi tədbirlərimizolub. Hər həftə regionlara səfərlər təşkil edirik və namizədliyə namizədlərinmüəyyən edilməsi prosesi aparılır. Qarşıdakı Bələdiyyə seçkilərinə ciddi önəmveririk. Həm partiyanın, həm də cəmiyyətin maraqlarına uyğun fəaliyyət ortayaqoyacağıq. Seçkinin verdiyi imkanlardan istifadə etməklə cəmiyyətin maariflənməsivə demokratikləşməsinə yardımçı olmağa çalışacağıq. Biz, partiya olaraq Bələdiyyəseçkilərinə rəsmi start verilənədək bir neçə zəruri məsələləri həll etməyiqarşıya məqsəd qoymuşuq. Burada əksər bələdiyyə subyektlərindən namizəd irəlisürmək imkanlarımızın öyrənilməsi, şəhər bələdiyyələrinə namizəd olacaq şəxslərinvahid seçki strategiyasının hazırlanması, bələdiyyələrin statusu ilə bağlıgeniş siyasi-hüquqi kompaniyanın aparılması daxildir.

 - Seçkilərdəkiuğursuzluqlar partiyada müzakirə olunurmu? Çatışmamazlıqlar nədən ibarətdir?

 - Seçki prosesində nə etmək mümkün olaubsa,biz də partiya olaraq onu etmişik. Nəticələri və çatışmazlıqları da müzakirəedib, ona uyğun qərarları həyata keçiririk. - Nədənsə biz hər zaman günahıonda-bunda axtarırıq. 

- Sizcə indiki halda Ümid Partiyasınınseçkidə nəaliyyət qazanmasına nə maneə olur? 

- Vətəndaşların partiyalara könüllü, iddialı və məqsədli daxil olması çox zəifdir.Təbii ki,bu amillərə görə də partiyaların fəaliyyətində olan çatışmazlıqları aradanqaldırmaq çətindir. Ümid partiyası hər seçkidə yeni innovasiyalar tətbiq etməkləseçici qarşısına çıxır və ardıcıl təşkilatlanma həyata keçirir.

 - Müxalifətdə olanpartiyalarla əməkdaşlıq məsələsi 20 ildən artıq bir zamanda müzakirə olunmasınabaxmayaraq heç bir əməkdaşlıq baş tutmur. Baş tutan əməkdaşlıqlar isə qısaömürlü olur. Sizcə bunun səbəbi nədir?

- Müxalifətin zaman-zaman müəyyən sosial-milli məqsədlərlə bağlı birlikləriolub və heç də uğursuz olmayıb. Hər bir partiyanın bir başa siyasi marağı olan məsələlərdə birləşməyinobyektiv çətinlikləri var. Ölkədə hakimiyyət uğrunda mübarizə ilə, siyasiazadlıqlar uğrunda mübarizənin sərhədlərini müəyyən etmək xeyli çətinləşib.Siyasi azadlıqlar uğrunda birgə fəaliyyət və demokratik qanunvericilikbazasının yaradılması istiqaməti bütün demokratik ictimai-siyasi qurumları və fərdləribirləşdirə bilən bir müstəvidir. Təəssüf ki, bəzən siyasi azadlıqlar uğrundabirgə fəaliyyəti nəzərdə tutan birliklərin sonu seçki birliklərinə çevrilir vədağılır. Ona görə də əməkdaşlığın elə bir forması seçilməlidir ki, burada cəmiyyətingeniş təmsilçiliyinə şərait olsun və heç bir təşkilatın siyasi marağının təminatçısınaçevrilməsin. Müxalifət partiyaları hakimiyyət uğrunda seçki bloklarıyaratmaqla, digər istiqaməti ayırmağa nail olmalıdır. Hələlik, bu istiqamətdəuğurlu bir nəticə ortaya qoyulmayıb. 

- Qeyd etdiniz ki, müxalifətinzaman-zaman müəyyən sosial-milli məqsədlərlə bağlı birlikləri olub və heç dəuğursuz olmayıb. Milli Şuranı müxalifətin uğurlu formatı kimi qəbul edirsiniz?

 - Milli Şura sosial-milli məqsədlərləyaranmış birlik deyil. Mən siyasi birliklərin nəzərə çarpacaq uğurlar əldəetdiyini vurğulamamışam və bu məsələlərdə mübahisələr mövcuddur. MŞ konkret olaraqsiyasi məqsədləri və namizədi ilə seçkiyə qatıldığı üçün bizim siyasimaraqlarla onların maraqları fərqli olub. O qurum müxalifətin əksər hissəsinibirləşdirsə də, hamısını birləşdirən birlik olmadı. 

- ADP sədri Sərdar Cəlaloğlu deyir ki,Müsavat Ümid Partiyasına görə, Qarabağ Blokunun təkliflərini nəzərə almır. Hansı təkliflərdən söhbət gedir?

- Biz, "Qarabağ” Bloku olaraq ümummilli məsələlərdə hər kəslə əməkdaşlığa açıqolduğumuzu dəfələrlə bəyan etmişik. Sərdar bəy blokun həmsədri kimi bu istiqamətdə digərpartiyalarla danışıqlar aparıb. Amma, hansısa partiyaya konkret məsələlərləbağlı rəsmi təkliflər göndərməmişik. "Qarabağ” Bloku bələdiyyələrin səlahiyyətlərininartırılması, Seçki Məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi, seçkilərdəiştirakla bağlı müxalifətin pərakəndə fəaliyyətini zərərli hesab edir. Buistiqamətdə əməkdaşlığın cəmiyyətə faydalı olacağı qənaətindəyik. 

- Müsavat və Ümid arasında yanan körpülərinbərpa olunması üçün nə kimi addımlar atılmalıdır. Ümid Partiyası olaraq hərhansı əməkdaşlığın qurulması üçün təkliflərləriniz olubmu? 

- Bizim heç kəslə körpümüz yanmayıb. Ümid Partiyası hər bir təşkilatınapardığı siyasətə uğurlar diləyir və hər hansı təkliflərimiz olmayıb. 

- Deyirsiniz, Müsavatla heç bir körpümüzyanmayıb bəs onda niyə Müsavatla əməkdaşlıq etmirsiniz? 

- Əməkdaşlıq etməmək təkcə körpülərin yanması ilə bağlı deyil. Siyasi maraqlarlabağlıdır. Ümidlə Müsavatın və digər müxalifətin əməkdaşlıq edəcəyi müstəvi olabilər. Amma, siyasi bir birlik istiqamətində təmaslarımız yoxdur. 

   Ədil Ədilzadə