adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2024 12:31
1175
İQTİSADİYYAT

Bizi həmişə belə sevindirirlər...

Ölkənin sultanı ağıllı adamlarını çağırır, ölkənin halını xəbər alır. “Xəzinədə pul qalmayıb, xalq pərişan haldadır” deyirlər.

Sultan əmr verir ki, hər şeyin qiyməti 20 faiz artırılsın.

Ertəsi gün sultan adamlarından vəziyyəti soruşanda, ona deyirlər ki, hamı şikayət edir, qəzetlər faizlərdən yazır, xalq hirs içindədir.

Sultan bu dəfə əmr edir ki, qiymətlərə 2 faiz endirim edin.

Bir neçə gün sonra sultan vəziyyəti xəbər alanda ona deyirlər ki, bütün qəzetlər endirimlərdən yazır, yaşayış ucuzlaşdı deyə küçələrdə toy-bayramdır, xalqımız çalıb-oynayır”.

İndi marketlərdəki bahalığı və şənbə-bazar endirimlərini görəndə bu iki rəvayət yadıma düşür, çalıb-oynamaq istəyirəm...

 

Eminquey