adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Sentyabr 2018 10:37
12252
GÜNDƏM

Bizi gələcəkdə gözləyən dahi - Şərif Ağayar yazır...


Üzeyir Hacıbəylinin doğum gününə

Alimlərin qənaətinəgörə, tarixi prosesi heç kim dəyişə bilmir, böyük şəxsiyyətlər yalnız ona təsiredib sürətləndirir, yubadır, yaxud yönəldə bilirlər. Bəzən öz xalqının taleyindəmüstəsna rol oynayan elə dühalara rast gəlirsən ki, onları nəinki tarixi prosesinyaradıcısı, hətta tarixin özü kimi dəyərləndirirsən.

Xalqımızzaman-zaman böyük bəlalar yaşasa da bu cür şəxsiyyətlərdən xali olmayıb. Misalüçün, M.F.Axundov öz mütərəqqi fikir və ideyaları ilə Şərqin ən öndə olan fikirsahiblərindən idi. Biz bu gün mədəniyyətin bütün sahələrində çağdaş dünya iləayaqlaşan keyfiyyətlərimizə görə həm də Axundova borcluyuq. Onun parlaq zəkası,istedadı və dahiyanə öncəgörməsi cəmiyyətimizi ən azı yüz il irəli atdı.Axundov və onun silahdaşları feodal-patriarxal bir cəmiyyətdə modern dünyanınilkin və etibarlı təməllərini atdılar. 1918-ci ildə yaradılmasında Üzeyir Hacıbəylinində yaxından iştirak etdiyi Azərbaycan Xalq Cümhuriyyəti bu möhkəm təməllərüstündə quruldu.

Bütün ölkələrtəntənəni də, çətinliyi də, faciəni də özünə dönəndə, öz ayaqları üstündədayanmaq istəyəndə yaşayır. Təntənəsi azad olmaq, çətinliyi müstəqil vədemokratik ənənələrin yaradılması, faciəsi isə düşmənlərin fəallaşması,arzulamadığı münaqişələrə cəlb edilməsi, həm torpaq, həm insan itirməsidir.Azadlığını elan edən bütün xalqlar nadir istisnalarla bu taleni yaşayıblar. Azərbaycanbir əsrdə iki dəfə müstəqilliyini elan edib və hər ikisində tarixi uğurlarlayanaşı ağlagəlməz faciələr görüb.

Vətəninuğurunun da, faciəsinin də yükü onun böyük oğullarının çiyninə düşür. Azərbaycanında eləcə. Bu böyük oğullar olmasa, xalq cümhuriyyəti qurulmaz, xalq cümhuriyyətiqurulmasa, Azərbaycan SSRİ-nin tərkibinə müttəfiq respublika kimi daxil olmaz,müttəfiq respublika olmasa, müstəqilliyimiz olmazdı. Demək, tarixi prosesdə başverən, böyük şəxsiyyətlər tərəfindən istiqamətlənən və bəlkə də dəyişdirilənhadisələrin heç biri təsadüfi deyil.

Üzeyir HacıbəyliAzərbaycanın taleyindən nəğmə kimi keçən bir şəxsiyyət olub. Avtobioqrafiyasınıoxuyanda adam sözün yaxşı mənasında heyrətlənir. Bir insan bir ömrə bu qədərişi necə sığışdırıb? Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müəllim,pedaqoq... Hər biri də yüksək səviyyədə. Onun sadalanan hər bir peşəkar fəaliyyətihaqqında ayrıca tədqiqat işi yazmaq olar. Bəstəkarlığını isə bir tədqiqatasığışdırmaq mümkün deyil. Çünki onun operaları, musiqili komediyaları, xor vəorkestr üçün bəstələri, kamera-instrumental əsərləri, marş, kantata, fantaziya,romans və mahnıları hər biri ayrıca araşdırılmalıdır və araşdırılıb da. Ümumiyyətlə,Üzeyir Hacıbəyli irsinin yaxşı öyrənilməsi bizim təhsilimizin ən üstün keyfiyyətlərindəndir.Bəzən, Türkiyədən, İrandan, digər qonşu və qonşu olmayan ölkələrdən Azərbaycanagələn, peşəkar musiqimizlə yenicə tanış olan mütəxəssislər balaca bir müsəlmanrespublikasının bu sahədəki inanılmaz uğuruna təəccüb edirlər. Lakin ÜzeyirHacıbəyli haqqında ən vacib faktları öyrənəndən sonra işin nə yerdə olduğunubilirlər.

Üzeyir bəyinmusiqiçi kimi fəaliyyəti təkcə yaradıcılıqla məhdudlaşmır. O, Azərbaycandamusiqili teatrın və konservatoriyanın əsasını qoyub, çoxsəsli xor kollektivinivə notla ifa edən xalq çalğı alətləri orkestrini yaradıb. Xalq mahnılarının,muğamların ilk tədqiqatçılarından olub, dərsliklər və not kitabları yazıb.Xüsusi komissiya yaradaraq, respublikamızı qarış-qarış gəzib, səsi və ifaçılıqqabiliyyəti olan uşaqları tapıb, təhsil almaları üçün imkan yaradıb.

Bildiyinizkimi, Üzeyir bəyin övladı yox idi. O, bütün tələbələrini öz doğma övladı hesabedirdi. Şahidi olanlar dəfələrlə danışıb və yazıblar ki, Üzeyir bəyin qapısı tələbələrinüzünə həmişə açıq idi. O, Bakıdakı evinin qapısını heç vaxt arxadan bağlamırdı.Tələbələr çox rahat şəkildə onlara gedir, yemək yeyir, şəxsi problemlərini diləgətirirdilər.

Dahi bəstəkarıntələblərinə sevgisini ifadə edən əhvalatlardan birində deyilir ki, yaxşı oxuyanbir tələbəsi yazı taxtasına dərs danışmağa çıxanda ayaqqabısı köhnə olduğu üçünutanır, Üzeyir bəy öz ayaqqabısını çıxarıb tələbəsinə verir və başqa bir tələbəniayaqqabı dalınca evə yollayır. Tələbə bəstəkarın həyat yoldaşı Məleykə xanımdanayaqqabı alıb qayıdınca auditoriyada, tələblərin qarşısında ayaqyalın oturur.

Üzeyir bəyinxoşbəxtliyi həm də onda idi ki, Məleykə xanım kimi dəyərli bir qadınla ailəqurmuşdu. Məleykə xanım Üzeyir bəyi bütün situasiyalarda dərindən anlayır və ürəkdəndəstəkləyirdi. Hətta o, həyat yoldaşına sənət baxımından da yaxın olmaq üçünixtisasını dəyişərək, rus dili müəllimliyindən uzaqlaşır, konservatoriyanınmusiqi nəzəriyyəsi şöbəsinə daxil olur.

Təsəvvüredin, iki daşın arasında uşaqlar üçün doğma dilimizdə "Hesab məslələri” dərsliyinidə yazıb, jurnalistlər və hərbçilər üçün türk-rus, rus-türk lüğətini tərtibedib, sevdiyi maraqlı hekayələri Azərbaycan dilinə çevirib, kütlənin qəflətdənayılması üçün məzhəkələr, felyetonlar, yumoristik pritçalar yazıb. Bir sözlə, əlinədüşən hər fürsətdə öz xalqı, öz vətəni üçün nəsə faydalı bir iş görüb. Onuxatırlayanda ürəyini məşəl kimi yandırıb əlində tutaraq ətrafına işıq saçan əfsanəvibir qəhrəman canlanır yaddaşımızda.

Üzeyir bəyAxundov ideyalarının yorulmaz davamçısı olmaqla qalmırdı, həm də bu ideyaları həyatakeçirirdi. Bildiyiniz kimi, onun ozamankı sovet rəhbərləri yanında böyük nüfuzuvardı. Xüsusən, "Koroğlu” operası Stalin tərəfindən yüksək qiymətləndiriləndənsonra Üzeyir bəy SSRİ-nin ən sayılıb-seçilən şəxsləri sırasına qatıldı. O dövrəaid bütün ali mükafatlara layiq görüldü; Azərbaycanın əməkdar incəsənət xadimi,SSRİ xalq artisti, Stalin mükafatı laureatı, "Lenin ordeni" və"Qırmızı əmək bayrağı" ordeni laureatı oldu.

Eyni zamandayüksək vəzifələr tutdu ki, bu da respublika üçün böyük işlər görmək fürsətiyaradırdı. Azərbaycan Elmlər Akademiyasının akademiki, professor idi. AzərbaycanBəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru,Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru vəzifələrindəişləmişdi.

Üzeyir bəyinyüksək milli düşüncə və vətənpərvərlik hissləri ilə 30-cu illərin ət maşınındansalamat çıxması hər şeydən əvvəl tanrının iradəsi idi və tale onu bu xalq üçünqoruyurdu. "Koroğlu”nun premyera tarixinə baxsaq hər şey aydın olar – 1937.Sizcə, həssas qəlbi və böyük intellekti olan bəstəkar o illərdə günahsızrepressiyaya məruz qalanları görmürdümü? Onların günahsız olduğunu bilmirdimi?Əlbəttə, görürdü və bilirdi. Elə buna görə, cəmi iki il sonra onda şəkər xəstəliyiaşkarlandı və həkimlər xəstəliyin mənbəyinin əsəb və gərginlik olduğunu söylədilər.Xatırladım ki, həmin il Moskvada ittifaq miqyaslı milli musiqi alətləriifaçılarının müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə Üzeyir bəy dəmünsiflər heyətində təmsil olunurdu. Ermənilər ondan şikayət edərək, Bakıdan gələniştirakçılar içərisində ermənilərin olmadığını və bunun Üzeyir bəy tərəfindən qəsdənedildiyini bildirirdilər. Soyuqqanlı və səbirli olmasına baxmayaraq, bu hadisəonu çox əsəbiləşdirmiş, səhhətinə böyük zərbə vurmuşdu.

Qeyd olunanfakt ona qarşı ilk hücum deyildi. Hələ 1918-ci ildə Bakı qırğını vaxtı Üzeyir bəyinevini atəşə tutmuşdular. O, demək olar ki, ölümdən qurtarmışdı.

Üzeyir bəy həmmillətçi ermənilərdən, həm də ruspərəst azərbaycanlılardan qorunmalı idi. Onudaha bir ölüm təhlükəsindən Nəriman Nərimanov xilas etmişdi. Belə ki, Stalininstolunun üstünə gedən "Vətən xainləri” siyahısında Üzeyir bəyin də adının olduğunueşidən Nərimanov həmin siyahını tapmış, öz əlləri ilə cırıb atmışdı.

Üzeyir bəyinBakıdakı evinə atılan güllələr düz 74 il sonra Şuşada onun büstünə atıldı. Azərbaycanhökumətinin səyi nəticəsində güllələnmiş üç büst – Üzeyir bəyin, Bülbülün vəNatəvanın büstləri Rusiya vasitəsi ilə Azərbaycana gətirildi və indipaytaxtımızdakı İncəsənət Muzeyinin həyətində saxlanılır.

Üzeyir bəy ənağır illərdə doğma sənəti ilə həm təskinlik tapır, həm də mübarizə aparırdı.Uvertüranın döyüşkən melodiyaları təkcə Üzeyir bəyin özünü deyil, bütün Azərbaycanıayaqda saxlayırdı və saxlayır. Hacıbəyli yaradıcılığı sənətkarlığın elə bir mərhələsiidi ki, Stalin kimi müstəbidləri də heyran qoyur, etirafa məcbur edirdi. Buyerdə öz əsərləri ilə şahlara, sultanlara təsir edən, onları ədalətə səsləyənNizami Gəncəvi yada düşür.

Üzeyir bəy iki respublikaya himn yazmışdı. Həm milliqüvvələrin yaratdığı müstəqil respublikaya, həm də onu devirərək qurulan sovetrespublikasına. Onun istedadının işığı bir-birindən fərqli iki dünyaya daçatırdı. Yetər ki, orda Azərbaycanın adı olsun.

18 sentyabr dahi bəstəkarın doğum günüdür. Ulu öndərHeydər Əliyevin müvafiq sərəncamı ilə bu gün həm də Milli Musiqi Günü kimi həril yüksək təntənəylə qeyd olunur. Şübhəsiz, bu il də ənənəvi anım mərasimi vəmusiqi festivalları keçiriləcəkdir.

Bu il həm dəÜzeyir bəyin ölümünün 70-ci ildönümüdür. O, 1948-ci il noyabrın 23-də, ömrünün63-cü payızında - islam peyğəmbəri ilə eyni yaşda dünyasını dəyişdi. Dahi bəstəkarda peyğəmbər kimi Tanrı tərəfindən ona həvalə olunan missiyasını sonacan yerinəyetirdi və adını Azərbaycan tarixinin şərəf lövhəsinə yazdırdı.

Üzeyir Hacıbəylişübhəsiz ki, dahi insan idi. Dahi kimdir? Epoxa yaradan şəxs. Biz ən azı peşəkarmusiqi sahəsində Üzeyir bəyin epoxasının adamlarıyıq. Zaman nə qədər irəli getsəvə musiqimiz nə qədər inkişaf etsə də Üzeyir bəy bizi gələcəkdə qarşılayır.Keçmişdən yola salır, gələcəkdə gözləyir... Bütün dahilər kimi...

Tanrı bizi Üzeyir bəyin qarşısında utandırmasın. Onundoğma Şuşasını tezliklə işğaldan azad edək ki, gözlərinin içinə şax baxa bilək.

Şərif Ağayar

"Vətən səsi” qəzeti