"Bizdən olan xarici dairələrə satılmışlar ermənilərlə cici-bacılıq edirdilər" - İlham Əliyev
"Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. İşğal dövründə müxtəlif paytaxtlardan gələn qonaqlar dəfələrlə deyirdilər ki, bu məsələnin, bu münaqişənin hərbi həlli yoxdur. Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt “Birinci Qarabağ” deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni, bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə. İstəyirdilər ki, xalqımız bu məğlubiyyətlə razılaşsın".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.
"Digər tezis ondan ibarət idi ki, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Deməli, qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif seminarlar keçirilirdi. Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu günə qədər bizə qarşı təzyiqlər edilir. Hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram", - deyə dövlət başçısı bildirib.
Digər Xəbərlər
27 Dekabr 2025 11:40
“Dövlət qayğısı ölkədə sağlam həyat tərzinə və idmana marağı artırır”
27 Dekabr 2025 11:39
“Rusiya buna görə Azərbaycana kompensasiya ödəmir...” - Politoloq
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12


Bakı -°C

