adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Dekabr 2019 09:07
84340
MÜSAHİBƏ

“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!”

Adalet.az tanınmış səhiyyə təşkilatçısı ilə müsahibəni təqdim edir:

Ölkəmizicbari tibbi sığortanın tətbiqi ərəfəsindədir. Bu keçid dövrü çox məsuliyyətlivə həyəcanlıdır – icbari sığorta xidmətinə keçdikdə, səhiyyəmizin taleyi necəolacaq?..

Bu məsələ ilə bağlı bizi narahat edənsualları Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidmətipolkovniki, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, Nyu-York Universitetininmagistri Ceyhun Məmmədova ünvanladıq.

- Ceyhun müəllim, heç kimə sirr deyil ki, Gömrük Komitəsi hazırdaköklü islahatlar, neqativ stereotiplərin dağıdılması dövrünü yaşayır. Bu, TibbiXidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının işində özünü necə göstərir?

- Siz tam haqlısınız. Dövlət başçısınınuzaqgörən və ardıcıl siyasətinin nəticəsi olaraq bu gün Gömrük Komitəsində sadəcəimicin deyil, Azərbaycanda gömrük işinin məhz təşkili prinsiplərinin dəyişdirilməsiüzrə genişmiqyaslı işlər aparılır. Komitənin sədri general-leytenant SəfərMehdiyevin təşəbbüs etdiyi islahatlar nəticəsində qısa müddət ərzində nəzərəçarpanvə əhəmiyyətli nəticələr əldə olunub. Əlbəttə ki, bütün bunlar bizim Tibbi Xidmətİdarəsi, həmçinin, onun nəzdində olan Gömrük Hospitalından da yan keçməyib.Pozitiv dəyişikliklər və şəffaflıq şəraitində bizim xidmətdə artıq çoxdanyetişmiş kadr və struktur dəyişiklikləri aparmaq sözsüz ki, daha asan oldu.

- Dəqiqolaraq nəyi nəzərdə tutursunuz?

- Son bir il ərzində transplantologiya,uşaq və böyüklər üçün kardiocərrahiyyə sahələrinin ən yaxşı mütəxəssislərinidesəm yanılmaram, Mərkəzi Gömrük Hospitalının fəaliyyətinə cəlb etməyə, şöbələrimüasir tibbi avadanlıqlar və alətlərlə təchiz etməyə, Hospitalın stasionar şöbələrindəpasiyentlərə göstərilən xidmətlərin ümumi səviyyəsinin daha da yüksəldilməsinə nailola bilmişik. Bundan başqa nəzarət-buraxılış məntəqələrinin dislokasiya yerlərindətibbi yardımın göstərilməsi üçün planlar hazırlanmış, sanitar-epidemioloji nəzarətingücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilmiş, əhaliyə profilaktik tibbi yardım göstərmək məqsədi iləsəyyar mobil hospitalının imkanlarından istifadə olunmuşdur. Təbii ki, çoxişlər görülmüşdür, amma düşünürəm ki, hələ qarşıda duran vəzifələrimiz daha daçoxdur.

-Bumüddət ərzində görülmüş işlərdən Siz nəyi xüsusi olaraq qeyd etmək istərdiniz?

Ötən il Mərkəzi Gömrük Hospitalındaçalışan həkimlərin işinin təkmilləşdirilməsi və onların elmi potensiallarınınyüksəldilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nəzdindəyaradılmış Elmi Təcrübi və Tədris Mərkəzindən böyük gözləntilərimiz var. Bundanbaşqa, Hospitala ilk dəfə olaraq təhsillərini davam etdirmək üçün rezidentlər işəqəbul edilib. İnanıram ki, onları layiqli mütəxəssislər kimi yetişdirə biləcəyik.Ən çox da onunla fəxr edirəm ki, biz cari ildə cəbhə bölgəsində yaşayan əhaliyə,o cümlədən qaçqın və köçkünlərə yüksəktexnoloji tibbi xidmət göstərilməsinə yönəldilmişbir sıra humanitar aksiyaları təşkil etməyə nail olmuşuq.

- Siz"Uşaq ürəkləri Qarabağda döyünür” aksiyasını nəzərdə tutursunuz?

- Əlbəttə, ilk növbədə. Cəbrayılrayonunun Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonunun Horadiz şəhərində vəAğdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirilən tədbirlər çərçivəsində 700nəfərdən artıq insan zəruri yüksək texnoloji tibbi müayinədən keçmək imkanı əldəetmişdir. Bu, bizim tibbi heyətin təqdirəlayiq səyləri və səyyar mobilhospitalın texniki imkanları sayəsində mümkün olmuşdur. Bu aksiyaların təkcəbölgələrə səfərlərlə məhdudlaşmayıb, Bakı şəhərində Mərkəzi Gömrük Hospitalındadavam etməsi mənim üçün çox əhəmiyyətlidir. Qürurla qeyd etmək istəyirəm ki,Cocuq Mərcanlıda həyata keçirilmiş tibbi müayinələr zamanı ən mürəkkəb ürəkqüsuru aşkarlanmış 7 uşaq bizim Hospitalda uğurla əməliyyat edilib.

- Hörmətlicənab polkovnik, mətbuatdan bilirik ki, Siz Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında müqaviləimzalamısınız. Bu tərəfdaşlıqdan nələri gözləyirsiniz?

- Gözləntilərim çox optimistikdir. İlköncə qeyd edim ki, FlorenceNightingale Xəstəxanalar Qrupu nüfuzlu tibbmüəssisələri şəbəkəsi olaraq, həm Türkiyədə, həm də regionda bu sahənin liderlərindənbiri sayılır. Şübhəsiz, istər tibbi yardımın göstərilməsində, istərsə də,keyfiyyətli xidmətin təşkili məsələlərində bizim onlardan öyrənməli və tətbiq etməliçox işlər var. İkincisi, türk tərəfdaşımız lap başlanğıcdan özünü çox pozitiv şəkildəetibarlı partnyor kimi göstərə bilib. Müraciətlərimizə böyük diqqətlə yanaşıblar.Hətta cəbhə xəttində yerləşən Cocuq Mərcanlıda keçirilən humanitar aksiyadatürk professor kardiocərrahlar bizimlə bərabər müayinələrdə iştirak ediblər. Bununla da həmişəlikbizim sevgimizi qazanıblar!...

- Ceyhunmüəllim, biz bilirik ki, Siz 90-a yaxın milli klinik protokolun redaktorusunuz.Bu protokollar ümumiyyətlə, bizim səhiyyə üçün nə dərəcədə aktualdır?

- Milli klinik protokolların tərtibi iləmən hələ Amerika Beynəlxalq Səhiyyə Birliyinin (AIHA) ölkəmizdəki nümayəndəliyinərəhbərlik etdiyim dövrdə məşğul olmağa başlamışam. AIHA və amerikanlı tibbişçiləri ilə müştərək tərəfdaşlıq layihələri sayəsində anlaşıldı ki, klinikprotokollar olmadan praktiki tibbin davamlı inkişafı mümkün deyil. Sonradan mənəSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində də klinikprotokollar üzərində işləməyi davam etdirmək qismət oldu. Layihə olduqca mürəkkəbidi, amma bununla belə, biz 2015-ci ilədək 90 klinik protokol ərsəyə gətirdikki, bu gün də həkimlər onlardan fəal istifadə edirlər. Hazırda Tibbi Xidmətİdarəsinin qarşısında duran vəzifə klinik protokolların yazılması deyil,onların tətbiq edilməsidir. Bu vəzifə bir çox səbəblərdən o qədər də asandeyil. Həm də ona görə ki, Azərbaycan dilində olan protokollar hələ də qıtsaydadır. Çox təəssüf edirəm ki, biz bu problemlə icbari tibbi sığortanın tətbiqinəçox az qalmış, məsuliyyətli bir vaxtda qarşılaşmışıq. Çünki protokollar tibbisığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir.

- Yeri gəlmişkən,sığorta haqqında. Biz Sizi respublikada tibbi menecment sahəsində qabaqcıl mütəxəssislərdənbiri kimi tanıyırıq. Sığortadan nələri gözləyirsiz?

- Sözsüz, icbari tibbi sığortanın tətbiqiçoxdan tələb olunan və tamamilə düzgün addımdır. Lakin burada ölkəmizin şəraitiüçün ən optimal modeli seçmək olduqca vacibdir. Düşünürəm ki, bu məsələdə müəyyəninformasiya boşluğu vardır. Bu isə həm əhalidə, həm də mütəxəssislərdə yerində narahatlıqdoğurur. İcbari tibbi sığortanın praktikada tətbiqinin necə baş verəcəyi barədədaha çox məlumatlı olmağımızı istərdim. Çünki bu məsələdə yol verilən səhvlərciddi neqativ nəticələrə səbəb ola bilər...

- Yenə də... Mümkünsə, bir qədər ətraflı…

- Əlbəttə, icbari tibbi sığortadanböyük gözləntilərimiz var. Xatırlatsaq ki, "Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sistemininislahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası” 2008-ci ilinyanvarında təsdiq olunub, bu gözləntilər nəinki böyük, həm də uzunmüddətlidir.Bu Konsepsiya ən yaxşı milli ekspertlərin beynəlxalq, ilk növbədə, ÜST-ün mütəxəssisləriilə intensiv əməkdaşlığının nəticəsi olub. Yeri gəlmişkən, bu əvəzolunmaz sənəddəgöstərilən düşünülmüş, düzgün islahatlar prinsipləri bu gün də öz aktuallığını itirməməkdədir.

- Siz2008-ci ili xatırladırsınız, amma sığortanın pilotlaşdırılmasına yalnız 2015-ciildə başlanılmışdır.

- Bu pilot layihədən çox-çox əvvəl ÜST-ünyerli ofisinin və digər beynəlxalq təşkilatların dəstəyi ilə Dünya Bankının daçoxillik layihəsi olmuşdur. Bu layihə Azərbaycanda icbari tibbi sığortanın dahasürətli və effektiv tətbiqinə dəstək olmağa yönəldilmişdi. Təəssüf ki, bir çox tövsiyələr,o cümlədən beynəlxalq ekspertlərin verdikləri rəylər öz tətbiqini tapmadı və yahaqsız olaraq unuduldu. Necə ki, bu irimiqyaslı layihə çərçivəsində hazırlanmışmilli kadrlar kimi...

- Bir çoxpasiyentlər müasir tibbin nailiyyətlərinə, yüksəktexnoloji tibbi yardıma ümidbağlayırlar. Bəs Siz necə hesab edirsiniz?

- Müasir tibbin inkişafı yüksəktexnologiyaların, müalicənin qabaqcıl metodlarının, kommunikasiyainnovasiyalarının tətbiqi ilə sıx bağlıdır. Hesab edirəm ki, Mərkəzi GömrükHospitalı ölkədə və regionda öz infrastrukturunu son nəslin texniki yenilikləriilə təchiz edərək bu prosesin önündə gedir. Bu mənada biz gömrük işçilərinə və əhaliyədaha keyfiyyətli tibbi xidmət göstərmək üçün ən yeni avadanlıqların əldə edilməsindəbizə kömək edən Dövlət Gömrük Komitəsinin daim dəstəyini hiss edirik. Belə ki,2020-ci ilin yanvarında 3 Tesla gərginlikli maqnit sahəsi yaratmaq qabiliyyətinəmalik olan premium sinfindən Philips IngeniaElition X maqnit-rezonans tomoqrafı həkimlərimizin istifadəsinə veriləcək. Buən yeni model sırasından olan unikal aparat diaqnostik şəkillərin yüksəkkeyfiyyətini və nəticələrin dəqiqliyini təmin edir. Pasiyentin tuneldə yerləşdirilməsiprosedurunun optimallaşdırılması və skanlaşdırmanın sürətinin yüksəldilməsi nəticəsindəbu tomoqrafda MR-müayinələrini iki dəfə tez aparmaq mümkündür. Bundan başqa, buaparatda istifadə olunan xüsusi audio və videomaterialların canlandırılması hesabınaəmələ gələn "dalış effekti” pasiyentləri sakitləşdirməyə və bununla da MR-müayinədəndaha rahat keçməyə kömək edir.

- Ən yenitexnologiyalara gəldikdə, Sizin teletibbə münasibətiniz necədir? Tibbi xidmətlərinəlçatanlığı məsələsini həll etməyə onun köməyi ola bilərmi?

- Teletibb texnologiyalarına çox yaxşıyanaşıram. Bu gün biz bu texnologiyaların köməyi ilə regionlardakı nəzarət-buraxılışməntəqələrində gömrük işçilərinin sağlamlığının vəziyyətini məsafədən izləmək,həmçinin, ən yaxşı yerli və xarici mütəxəssislərlə məsafədən konsultasiyalarınaparılması üzərində işləyirik.

- Ənənəvi sual: gələcəyə hansı planlarınız var?

- Biz ardıcıl və məqsədyönlü olaraq MərkəziGömrük Hospitalının regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərindəişləyirik. İnfrastrukturun müasirləşdirilməsi, ən yeni texnoloji nailiyyətlərinhəyata keçirilməsi və tibbi menecmentin müasir metodlarının tətbiqi yolu iləbiz tibbi xidməti daim yeniləyirik. Mən əminəm ki, bu tibbi xidmətlərdən nəinkiregionların və paytaxtın sakinləri, həm də xarici ölkələrdən gəlmiş "tibb turistləri”də fəal surətdə yararlanacaqlar. Sizə yeniliklərimiz haqqında bir neçə fakt gətirim.Dünyanın ən qabaqcıl sığorta şirkətlərindən biri olan AETNA bizimlə Azərbaycanüzrə eksklyuziv müqavilə imzalamış, bununla da göstərdiyimiz tibbi xidmətlərinyüksək keyfiyyətini bəyəndiyini bildirmişdir. Kimya sənayesinin region üzrəlideri olan SOCAR Polymer şirkətinin əməkdaşlarına təcili tibbi yardım xidmətiningöstərilməsi ilə bağlı elan etdiyi tenderdə Mərkəzi Gömrük Hospitalı qalib seçilib.Beynəlxalq tərəfdaşlarımızın dəvətlərimizi qəbul edərək tərəfimizdən keçirilənkonfrans və layihələrdə iştirak etməkləri və digər məqamlar göstərir ki, bizzamanın nəbzini tutaraq addımlayır və rəhbərliyin müasir tələblərinə cavab verərəkuğurla inkişaf edirik.

İdarəmiz də, şəxsən mən də respublikaüzrə səhiyyənin davamlı inkişafı naminə öz pozitiv təcrübəmizi bölüşməyə hərzaman hazırıq!