Birləşmiş Ərəb Əmirlikləri Latviyaya nota verdi
Latviya Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin yeni səfiri Xanana Halfana Obayda Əli əl-Madaninin diplomatik toxunulmazlığına və müsəlman ənənələrinə qarşı hörmətsizlik əlaməti olan yanaşmadan sonra nota alıb. Bu barədə Latviya XİN-in mətbuat xidməti məlumat yayıb.
Adalet.az xəbər RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Riqa aeroportunda baş verib.
"Səfir Latviyaya gəldikdən sonra Riqa aeroportunun əməkdaşları ondan ənənəvi müsəlman geyimini və hicabını çıxarmasını tələb ediblər. Səfir bunu yalnız qadınların yanında edə biləcəyini bildirib.
Aeroport əməkdaşları bu imkanı yaratmamaq əvəzinə, hətta təhqiramiz şərhlər də ediblər”, - Latviya XİN-in aldığı notada deyilir.
Fevralın 9-da Latviyada BƏƏ-nin səfirliyi açılıb. Xarici işlər naziri Edqar Rinkeviç səfirliyin açılmasının dövlətlər arasında siyasi-iqtisadi əməkdaşlığa, eləcə də investisiyaların cəlb edilməsinə vasitəçilik edəcəyini bildirib.
Digər Xəbərlər
01 May 2024 17:37
Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 16:10Tokayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı
01 May 2024 16:09Adibekyan:" Qoşunlarımız Göyçəni tərk edir, Göyçə gölü bölünür, Çəmbərək və Cil..."
01 May 2024 15:37