Birinci vitse-prezidentin köməkçilərinin sayı artırılıb
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncamına əsasən Azərbaycan Prezidenti Administrasiyasının işçilərinin say həddi 415-dən 425 ştat vahidinə kimi qaldırılıb.
Bundan başqa, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya, Birinci vitse-prezidentin işlərinin təminatı sektorunun əməkdaşlarının sayı 9-dan 14-ə, Birinci vitse-prezidentin Katibliyinin ştat vahidi isə 12-dən 16-ya artırılıb.
Qeyd edək ki, hazırda Birinci vitse-prezidentinin 4 köməkçisi var.
Digər Xəbərlər
03 May 2024 15:51
Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI
03 May 2024 11:42