adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
26 Yanvar 2019 14:04
6555
GÜNDƏM

Birinci vitse-prezidentin göstərişi icraata götürülüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Adalet.az xəbər verir ki, bu barədə "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Bununla bağlı "Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.