Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar
Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının bu il ilk dəfə orta məktəbə gedən övladları üçün ekskursiya təşkil olunub.
Komitədən verilən məlumata görə, valideynləri ilə birgə işə gələn balacalar onların iş otağı, kollektiv və rəhbərliklə tanış olub.
Balacalar Dövlət Komitəsinin binasını gəzib, ayrı-ayrı strukturların iş şəraitini izləyib, onlara Komitənin fəaliyyəti barədə informasiya verilib.
Daha sonra birincilər Dövlət Komitəsinin sədri ilə görüşüb. Balacaları məktəb həyatına başlamaları münasibətilə təbrik edən Komitə rəhbərliyi onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb.
Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48