Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub
İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.
Digər Xəbərlər
20 Sentyabr 2024 21:08
Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq
19 Sentyabr 2024 12:32Sabah yağış yağacaq
18 Sentyabr 2024 18:48Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR
18 Sentyabr 2024 16:13Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında - FOTOLAR
17 Sentyabr 2024 11:17