adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Iyul 2020 09:56
15692
MƏMLƏKƏT

BİRCƏ QALDI Kİ, DEYƏ : «QƏLƏT ELƏMİŞƏM»

Şəmkirin hansısa kəndində bir nəfərçadır quraraq anasına ehsan verib.Videodan görünür ki, mərasimdə 200-dən çoxadam iştirak edir.

İnsanlara nə qədər deməkolar ki, yas mərasimi keçirmək məlumyoluxmaya görə müvəqqəti qadağan olunub, amma eşitmirlər. Bu da nəticəsi.

Məşədi İbad demişkən, gərək beləadamları yerə yıxıb ağzına-ağzına döyəsən. Əslində həmin adam anasına hörmət gətirmədi, əksinə, ruhunu incitdi.

Məsələyə başqa gözdən baxmaq istəyirik. Rayonicra hakimiyyətinin başçısıAlimpaşa müəllim hüquq-mühafizəorqanlarının da rəhbərlərinigötürüb yas mərasiminə gəlib və ölüsahibini möhkəm danlayıb.Həm ölü sahibi,həm də mərasim iştirakçıları cəzalandırılıblar. Cəza dahaqlıdı.

Amma icra başçısı həm əraziicra numayəndələrinə, həm də bələdiyyəsədrlərinə vaxtında öztapşırıqlarını veribmi?

Kənd icra nümayəndəsi vaxtında ölüsahibini məlumatlandırıbmı, kənd əhalisinəmüəyyən tövsiyyələr veribmi?

İndi başqa bir məsələ. Mərasimdə iştirak edən mollanı çəkib televiziyada verirlər. Üzr istəyir,yalvarır və bircə o qalır ki, deyə qələt eləmişəm!

Ən maraqlısı isə yassahibi deyir ki, bir də belə səhvə yol vermərəm. Rəhmətliyinoğlu, yəni fikirləşirsən ki,tezliklə bir qohumun da öləcək, onda səhv eləməyəcəksən?!

Hər halda insanları buqədər aşağılamaq lazım deyil.