adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyul 2016 14:07
9331
MƏMLƏKƏT

BİR VAR MİLLİ QƏHRƏMAN, BİR DƏ VAR XALQ QƏHRƏMANI

Milli Qəhrəman adını dövlət verir. Həmin şəxsiyyətin bu dövlətin, bu millətinqarşısında gördüyü xidmətlərinə görə.

Bir də var Xalq Qəhrəmanı. Babəkdən üzü bəri gəlmiş Koroğlu, Gizir oğlu Mustafa bəy, Məmməd bəy Cavanşir Batmanqılınc, Səttar xan,Qaçaq Nəbi, Qaçaq Kərəm.

Bütün ömrünü ordu quruculuğuna həsr eləmiş, yüzlərlə xüsusi təyinatlı yetişdirmiş və aprel döyüşlərindəqəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raqub Orucova Milli Qəhrəman adı verilməməsi birmənalı qarşılanmayıb.Buna etiraz edənlərin də sayı gündən-günə çoxalır, imzalar toplanır, yüksək dairələrə müraciətlər olunur. Bunu elə böyük bir dərdə çevirmək lazım deyil. Raqub Orucov artıq bir Xalq Qəhrəmanına çevrilib,yüz illərlə bu xalqın yaddaşında yaşayacaq.

Sərdar Həmidov da Milli Qəhrəman deyil, amma əsl bir Xalq Qəhrəmanıdı.