adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 May 2023 13:32
969
MƏMLƏKƏT

“Bir tikə çörəyini öz övladına qıymayan valideynlər...”- Psixoloqdan haqlı irad

“Ümumiyyətlə, ailələrə birmənalı olaraq ya dövlət çərçivəsində, ya uşaq dünyaya gələrkən yəni bir müqavilə imzalatmaq və öz vəzifə borclarını əzbərlətmək lazımdır. Göründüyü kimi 13 yaşlı qız nişanlandığı üçün məktəbdən yox, ibtidai sinifdən məktəbdən yayınıb”

Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq valideynlərin bir tikə çörəyə görə övladlarını güdaza verdiklərini bildirib:

“Demək ki, ailə öncədən qızını təhsildən yayındırmağa meyilli olub. Burda diqqətimizi cəlb edən o olmalıdır ki, ailədə iki övlad var və ikisi də təhsildən uzaqdır. Bunun üçün müvafiq orqanlara müraciət etmək lazımdır. Ümumiyyətlə, qeydiyyatda olan uşaqların tez-tez yoxlanılması vacibdir ki, onlar məktəbə gəlirmi, hansı şəraitdə yaşayır onunla maraqlanasan. Bu cür evliliklər çoxdur və düşüncə də odur ki, getsin bir tikə çörək yesin. Ailə qursa, bir tikə çörəyi olacaq. Bir tikə çörəyini öz övladına qıymayan valideynlər qızını özündən yaşca böyük adamlara ərə verir. Hadisə zamanı 37 yaşlı oğlanın valideyni deyir ki, “beş il qızı gözləyəcəyik”. Beş il sonra oğlanın 43, qızın isə 18 yaşı olacaq. Bu da düzgün deyil axı, uyğun gəlmirlər. Sonra isə o qadın uşaqla ortalıqda qalmış olacaq. Valideynlərə çağırış etmək lazımdır ki, dar düşünməsinlər, bir az övladlarını nəzərə alsınlar, hətta lazımdırsa, müvafiq orqanlar onları tənbeh eləsin”. 

Qeyd edək ki, Azərbaycanda 13 yaşlı qızın 37 yaşlı kişiyə nişanlanması iki gündür ki, müzakirələrə səbəb olub. 

Vasif Əlihüseyn