adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Iyul 2020 12:13
56239
ŞOU-BİZNES

Bir müğənnidən iki xəbər: “Saxta brend”iddiası və fotolara çökmüş lüks həyat...

Əvvəlcə qeyd edək ki, ŞəbnəmTovuzlu istər qalmaqallı açıqlamaları, həmkarları ilə küsülülüyü, onlara atmacaatması, istər geyimi, istər şəxsi həyatı ilə bağlı hər zaman gündəmdə qalmağıdəqalmağı bacarıb. Bu dəfə isə izləyicilər özü Şəbnəmi gündəm etmək fikrinədüşüblər.

İzləyicilərin iddiasına görə, müğənniçox vaxt məşhur brendlərin geyimlərininsaxtalarını geyinib.

Adalet.az xəbər verir ki, qalmaqallı sənətçi bu dəfə də"Moschino” firmasına məxsus olsa da üzərinə "Oschino”yazılı don geyinib. Şəbnəm Tovuzlu həmin donu instagramda bir butikdən aldığınıqeyd edib.Həmin"Oschino” firmasına məxsus donun qiyməti isə, butikdə 18 manatdır.

Qeyd edək ki, izləyicilər onu ucuzgeyimlər geyinməsi ilə bağlı həmişə tənqid ediblər."Niyə belə ucuz paltarlar geyinirsiz? Bu nə kurtkadır? Pulunuz da var,klipi yola vermisiz" kimi şərhlər yazaraq Şəbnəmə irad bildiriblər.


Müğənni isə cavabında "Geyimləmi ölçürsüzinsanlığı? Öncə adam olmaq laızmdır və 5 manat da olsa yaraşanı geyinməklazımdır. Bu klip deyil, sadə kamera ilə çəkilən görüntüdür. Ucuz geyim ola bilər.Baha da var. İnsanların ucuz olmağı müsibətdir", - deyə yazıb.

Şəbnəm demişkən,koronovirus pandemiyası ilə əlaqədar olaraq respublikada ciddi karantin rejimihökm sürür və bu il şou-biznes əhli lüks məkanlarda istirahət edə bilməyib. Oüzdən ötən illərdəki istirahət etdiyi anlarda çəkdirdikləri şəkilləri sosial şəbəkəhesabında yenidən paylaşırlar. Elə müğənni ŞəbnəmTovuzlu da arxiv fotosu ilə marağa səbəb olub. Fotoda Şəbnəmin hovuzda olması diqqət çəkib.

Əntiqə Rəşid