adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyul 2018 17:37
44998
SAĞLAMLIQ

Bir ailədə 3 talassemiyalı uşaq

Dünyaya gəldiyimizzamandan həyat öz sürprizləri ilə qarşılayır bizləri. Bu sürprizlər könlümüzcə,ürəyimizcə olsa belə, bəzən gözləmədiyimiz, arzulamadığımızlar da olur.

Bəli, həyatyaşamaq üçün mübarizədir. Yaşamaq, yaşatmaq üçün mübariz olmalısan ki,arzuladığın nəsnələrə yetə bləsən. 2010-cu ildə ömrümün sevinc payı olan ikinciövladım 8 yaşlı Daniyal dünyaya gəlişi ilə sevinc, xoşbəxtlik gətirdi evimizə,ocağımıza. Heç zaman düşünməzdim ki, bu körpə balamın özü boyda dərdi də gəlibmişözü ilə bu dünyaya. Bir yaşı olduqda soyuqdəymə ilə xəstəxanaya yatırtdıq.Lakinxəstəliyin keçməməsi həkimlərdə şübhə yaratdığı üçün B.Ə.Eyvazov adına Elmi-TədqiqatHematologiya və Transfuziologiya İnstitutuna qan analizləri verməyimizi məsləhətgördülər. Uşaqdan qan nümunələri götürdülər və cavabının 3 gün sonra ala biləcəyimibildirdilər. Deyilən vaxt gələndə cavabları verən tibb bacısının sözləri hələ dəqulaqlarımda səslənir: "Hələ nə yaşınız var, yenə uşağınız olar, üzülməyin,övladınız talassemiya xəstəsidir".

Bu xəstəliyinadını ilk dəfə eşitdiyim həmin tibb bacısı oldu və bundan sonrarespublikamızdakı Talassemiya Mərkəzi bizim daim ziyarət etdiyimiz bir ünvanoldu. Yeni yaradılmış mərkəz yetərincə mütəxəssislər və təcürbə baxımından o qədərdə püxtələşmədiyi açıq aydın hiss olunurdu. Bu illər ərzində ümidlə övladımındigər ölkələrdə müalicə və müayinəsi üçün ən azı ildə iki dəfə digər ölkəyə üztuturduq. Lakin Talassemiya Mərkəzi ilə də əlaqələrimizi kəsmir, müəyyənzamanlarda övladlarımı mərkəzdə müayinələrə gətirir, həkimlərdən məsləhətləralırdıq. Artıq üçüncü övladım da dünyaya gəlmişdir. Valideyn olaraq genetik cəhətdənbu xəstəliyin daşıyıcısı olduğumuz üçün hər üç övladım talassemiyalıdoğulmuşdur. Artıq taleyimizlə barışaraq övladlarımızın yaşamı üçün müayinə vəmüalicəsinə diqqət yetirir, yollar arayırıq ki, nə edək, necə edək ki,övladlarımızı xilas edə bilək. Bu illər ərzində öz anam kim hörmət bəslədiyimZemfira xanım, Samirə xanım, Nərgiz xanım və digər həkim və tibb bacıları öz dəstəkvə köməyini Talassemiya Mərkəzində bizlərdən əsirgəməyib.

Bir haşiyəyəçıxmaq istəyirəm. 2017-ci ilin mart, aprel aylarında səhhətində kəskinağırlaşma olduğu üçün qan ehtiyacı yarandı və mən hər gün dostlar, qohumlarvasitəsilə qan bankında Daniyal üçün qan axtarır, gələn insanları qarşılayır,qan verilməsi üçün gözləyirdim üç, dörd gün qan qrupu 1 mənfi olduğu, çətintapıldığı və qan olmadığı üçün səhhəti kəskin ağırlaşdı. Mən hər gün olduğukimi qan bankında ümidlə gözlədiyim vaxt Daniyalın müalicə həkimi - şöbə müdiriSamirə xanımın taksidən düşərək təcili qan lazım olduğunu qan bankının həkimlərinənecə təlaşla bildirməsini gördüm və Daniyal üçün gəldiyini bildim. O zaman əməkdaşlardanbiri "Doktor, özünüz gəlmisinizsə, deməli, vəziyyət çox ciddidir, necəolur-olsun bu gün qan gələcək" - dedi. Həqiqətən də o gün qan göndərildi.Şükürlər olsun Allaha, bu gün Daniyal 1-ci sinfi bitirib. O acılı günlərdəSamirə xanımın atdığı addım həkimlik borcundan çox, insani borc kimi yaddaşımayazıldı. Təmənnasız olaraq öz hesabına taksi tutaraq övladım üçün qan tapılmasıüçün xahişi mənim həkimlərə olan sevgimi, məhəbbətimi birə on artırdı. Deməli,hər şey maddiyyatla ölçülmür, insanlıq ən uca zirvədir. Artıq bildiyim qədər mərkəzinöz şəxsi avtomobili var, bu avtomobil də Valeh Hüseynov mərkəzə direktor təyinolunduqdan sonra onun müraciətinə əsasən Heydər Əliyev Fondu tərəfindən hədiyyəedilib. Doğrudur, əvvəlki illərdə bəzən mərkəzdə müəyyən analizlərin alınması,yoxlanması laborator şəraitdən asılı olaraq digər xəstəxanalara üz tutmaq məcburiyyətindəqalırdıq. Müəyyən bir müddət mərkəzin rəhbərsiz fəaliyyət göstərməsi bizlərdəbir ümidsizlik yaratmışdı. Lakin sonradan bu ümidsizliyin əbəs olduğunu gördük.2017-ci ilin may ayında Heydər Əliyev Fondunun prezidenti, AzərbaycanRespublikasının birinci vitse-prezidenti Mehiriban xanım Əliyevanın dəstəyi vətəşəbbüsü ilə ölkəmizdə tanınmış, peşəkar hemotoloq Valeh Hüseynov TalassemiyaMərkəzinə direktor təyin olundu və o, gəlişi ilə bizlərə bir ümid gətirdi.Direktor təyin olunduğu müddətdən sonra hər dəfə mərkəzə gedəndə yeniliklərgördükcə sevinc hissimi gizlədə bilmirəm. Çünki hər bir yenilik daha yaxşı xidmət,keyfiyyətli müalicə deməkdir övladlarımız üçün. Bir il çox müddət deyil nələrisəqurub yaratmaq üçün. Lakin Valeh həkimin bir illik fəaliyyətinə bir valideynolaraq diqqət etdikcə qürur duyuram.

Belə ki,gördüyüm fərqləri deməyi özümə borc bilirəm. Hansı ki, analizlər vardı, birvaxtlar mərkəzdə verə bilmirdik, ancaq indi başqa xəstəxanalara üz tutmuruq.Bu, həm də əlavə vaxt və maddi itkinin qarşısını alır, talassemiya olmayan xəstələrinmüayinə və müalicəsi, mərkəzdə qəbulu bir yenilk, personalın daha yaxşı işləməsinəzəmin yaradan alqışalayiq addımdır. Qəbul qaydalarında yeniliklər, saglam vətalasemiyalı xəstələrin müayinəsi, analizlərin ayrı-ayrı mərtəbələrdəaparılması, talassemiyalı xəstələrin növbə gözləmədən rahat şəkildə müayinə vəmüalicəsi xüsusilə diqqət çəkir. Bütün bu yeniliklərin səbəbkarı olan Mehirbanxanım Əliyevaya təşəkkür edirəm ki, belə gözəl bir seçim etmiş, öz işinin mahirbilicisi olan Valeh Hüseynovun bu mərkəzə direktor təyin olunması təşəbbüsü iləçıxış etmişdir.

Biz valideynlərinanırıq ki, yeniliklər bununla bitməyəcək. Valeh Hüseynova hər birimizinümidi, inamı böyükdür. İnanırıq ki, bu mərkəzi Azərbaycanda deyil, uğurlu işləriilə dünya səhiyyəsinə tanıtdıracaq. Onu da bildirim ki, son bir ildə - ValehHüseynovun direktor təyinatından sonra övladlarımın müayinə və müalicəsini mərkəzdəaparmışam, əvvəlki illərdə olduğu kimi digər ölkələrə üz tutmamışam. Yüzlərləvalideyn mənimlə həmfikirdir. Biz valideynlər inanırıq ki, yaxın gələcəkdədonorlarla da bağlı respublikamızın qanunvericiliyinə əlavələr və dəyişikliklərolacaq ki, övladlarımız bu xəstəlikdən birdəfəlik xilas olsunlar.

Mən bir valideynolaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Talassemiya Mərkəzininyaradılmasına göstərdiyi təşəbbüsə görə Azərbaycan Respublikasının birincivitse-prezidenti, Heydər Əliyev Fondunun Prezdenti Mehriban xanım Əliyevaya,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, mərkəzdə olan dəyişikliklərə,yeniliklərə görə direktor Valeh Hüseynova, mərkəzin həkimləri Zemfira xanıma,Samirə xanıma, Nərgiz xanıma, Tünzalə xanıma, Zaur həkimə və adlarını çəkmədiyimdigər tibb personalına öz adımdan, övladlarım Hüseynzadə Hüseyn, HüseynzadəDaniyal, Hüseynzadə Təbriz adından sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm.Allah sizləri qorusun! Yaxşı ki, varsınız! Bizlərin ümid yeri sizlərinünvanıdır.

Hörmətlə:

Rövşən Hüseynov

Kəlbəcərdən

məcburi köçkün