adalet.az header logo
  • Bakı -°C
05 Mart 2025 11:34
793
KRİMİNAL
A- A+

Binəqədidə silah-sursat tapıldı

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

Adalet.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində yerləşən qəsəbələrin birində 1 avtomat silahı və 27 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.