Bina və obyektlərdə parklanmaya dair məcburiyyət - Tapşırıq verildi
Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayına dair məcburi kvota müəyyənləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə 2019- 2023-cü illərdə yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotasının müəyyənləşdirilməsi, kvotaya uyğun olmayan obyektlərin tikintisinin və yenidən qurulmasının qadağan edilməsini təmin etməlidir.
Eyni zamanda bu müddət ərzində yeraltı və yerüstü çoxmərtəbəli parklanma yerlərinin tikintisi barədə təkliflər verilməsi və onların tikintisinə sahibkarların cəlb edilməsi təmin olunmalıdır.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13