Bill Qeytsdən koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq
Gələcəkdə dünya koronavirus pandemiyasından daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşə bilər.
Bu barədə “Microsoft”un qurucusu Bill Qeyts proqnozlaşdırıb.
Sahibkar daha dəhşətli virusların təhlükəsinin qaldığını bildirib. O, hökumətləri növbəti epidemiyalarla mübarizə üçün milyardlar ayırmağa çağırıb.
Qeytsin sözlərinə görə, hazırda peyvəndlərə qeyri-bərabər çıxış probleminin həlli üçün məsuliyyət zəngin ölkələrin xeyriyyəçilərinin və hökumətlərinin üzərinə düşür.
İş adamı vurğulayıb ki, növbəti pandemiyaya hazırlaşmaq üçün innovasiyaların inkişafı digər qlobal sağlamlıq problemlərinin həlli üçün faydalı ola bilər. Bununla əlaqəli o, İİV infeksiyasına qarşı peyvəndin və vərəm və malyariyaya qarşı daha təsirli dərmanların yaradılmasından danışıb.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:35
Rusiya Ermənistandakı səfirini dəyişir?
22 Sentyabr 2026 14:15
"Aİ sanksiyaları bütün rusiyalı iş adamlarından götürülməlidir" - Peskov
22 Sentyabr 2026 13:40
Türkiyədə liseydə atışma - 1 şagird öldü - YENİLƏNİB
22 Sentyabr 2026 12:32


Bakı -°C

