adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2014 15:58
6880
GÜNDƏM

Bilik Fondunun sərgisi: “Azərbaycanın geologiya elmi Çexiyada”

Son illər Azərbaycan elmi, tarixi, mədəniyyəti vəincəsənətinin dünya ölkələrində tanıdılması və təbliği üçün dövlət səviyyəsindəgenişmiqyaslı tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında BilikFondu 3-5 dekabr tarixlərində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində buməqsədlə sərgi keçirəcək. Fondun həyata keçirdiyi "Azərbaycan elmi xaricdə”proqramı çərçivəsində reallaşacaq sərgi "Azərbaycanın geologiya elmi Çexiyada” adlanır.

Bilik Fondunun əməkdaşları Beynəlxalq layihələrsektorunun koordinatorluğu ilə keçiriləcək sərginin və elmi konfransların təşkliatıişləri ilə bağlı artıq Praqaya ezam olunublar.

Sərginin geniş auditoriyanı əhatə etməsi üçün BilikFondu ilə əlaqəli şəkildə Azərbaycanın Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyevbaşda olmaqa baş konsul Əlimirzamin Əsgərov və konsul Nigar Əfəndiyeva xüsusi tədbirlərplanı hazırlayıblar.

Tədbirlərdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov,qurumun üç əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Yer Haqqında ElmlərBölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə, Tәbiәt Tarixi Muzeyinin direktoru,biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov, Bakı Slavyan Universiteti Çexdili və Mədəniyyəti Mərkəzinin müdiri Roza Şəfiyeva iştirak edəcəklər.

Dekabrın 3-ü Karlov Universitetində sərgininaçılışı olacaq. Praqadakı Ambasador otelində "Azərbaycan-Çexiya: tarixi-mədənimünasibətlər" mövzusunda keçiriləcək Dəyirmi masa 4-5 dekabr tarixindəgerçəkləşəcək. Sərginin sonuncu günü Azərbaycandan gedən alimlərin mühazirəsidinləniləcək, geologiya elminin inkişafı ilə bağlı müzakirələr aparılacaq.

BilikFondunun Praqada hazırladığı sərgiyə dəvət olunmuş qonaqların sırasındaÇexiyanın dünya səviyyəsində tanınan alimləri, univerisitet rəhbərləri və dövlətadamları da var. Onlardan KarlovUniversitetinin rektoru Professor Tomáš Zima, xarici əlaqələr üzrəprorektor, professor Martin Fuller, yaradıcı və redaksiya fəaliyyəti üzrəprorektor, professor Jan Royt, konseptual araşdırmalar üzrə prorektor, professorStanislav Stech, Çexiyanın Prezident Aparatının Beynəlxalq əlaqələr departmentinrəhbəri Hynek Kmoníček, Şərq tərəfdaşlığı üzrə mütəxəssis Zdenek Beranek,Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Xarici işlər nazirininbirinci müavini, professor Petr Drulák, Sənaye və ticarət naziri Jan Mládek,nazirliyin Sərvətlər və enerji təhlükəsizliyi departamentinin direktoru PavelKavina, Çexiya Ticarət Palatası sədrinin köməkçisi Josef Çilekin adını çəkə bilərik.

Sərgidə ölkəmizitəmsil edəcək alimlər səfərqabağı Bilik Fondunun qonağı oldular. Onlar Azərbaycanıngeologiya elminin dünyada tanıdılmasına, o cümlədən xarici ölkələrdə cərəyan edənelmi proseslərin öyrənilməsinə böyük ehtiyac olduğunu bildirdilər.

Akademik Arif İsmayılzadə deyir ki, nailiyyətlərbölüşülsə, uğursuzluqlar müzakirə edilərək, yanlışlıqlar aradan qaldırılar vəelm bəşəriyyətə böyük fayda verər: "Azərbaycan bütün sahələrdə yüksək inkişaf mərhələsindədir.Xüsusən geologiya sahəsində xeyli işlər görülüb. Məqsədimiz Azərbaycanıngeologiya elmi barədə Çexiyadakı həmkarlarımıza ətraflı bilgilər vermək,onlardan fəaliyyətlərinə dair məlumatlar almaqdır. Bununla qarşlıqlı elmimübadiləni genişləndirməyi planlaşdırırıq”.

Müstəqildövlət qurandan sonra bizim üçün auditoriya genişləndi. Əvvəllər elmi nailiyyətlərimizdənən uzağı Moskva xəbər tuturdu. Bu gün vəziyyət tamam fərqlidir. Azərbaycanözünü dünyada təsdiq edib. Xarici mütəxəssislərlə geniş əlaqələr qururuq. Məsələn,əvvəllər nə qədər yeraltı yanacaq ehtiyatına malik olduğumuzu dəqiq bilmirdik. Hazırdaxaricdən aldığımız qurğuların köməyi ilə yanacaq ehtiyatımızdan dəqiq xəbərdarıq.Bu, iqtisadiyyatımızın istiqamətini müəyyənləşdirməyə kömək edir. İnsan azadolanda daha böyük işlər görür. Müstəqil ölkəmizin bütün sahələrdə böyükuğurlara imza atmasının səbəblərindən biri budur. YUNESKO-nun monument-simvoluvar: qlobusun üzərində dayanan adam əlində öz beynini tutub. Yəni dünyada ənböyük sərvət insan beynidir”.

Akademikin sözlərinə görə, Böyük Qafqazdan tutmuşKiçik Qafqaza qədər olan bütün yataqların Azərbaycanda ocaqları var. Qafqazdaikinci belə ölkə yoxdur. Baləkən-Zaqatala zonasında iri polimetal-qurğuşun və sink,Daşkəsəndə alunit yataqları var. Çindən sonra alunit yatağı yalnız bizim ölkədədir.Dəmir, qızıl, gümüş yataqları da bizim ərazidədir. Hələ neçə-neçə yataqlartapılır. 50-ci illərdən sonra yeni yataqlar aşkara çıxıb. Xəritələr dəyişib. Həminxəritələr Çexiyada nümayiş olunacaq”.

Tәbiәt Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfədoktoru Tariyel Eybatov da elmi nailiyyətlərin mübadiləsini vacib hesab edir. Sərgininyaratdığı imkanlardan yararlanaraq Çexiyanın Elmlər Akademiyası, Milli ÇexiyaMuzeyi, institutları, alimləri ilə əlaqələr quracaqlarını bildirən T.Eybatovunsözlərinə görə, elmin inkişafı üçün Azərbaycanda qurulan infrastruktur barədə çexhəmkarlarına ətraflı məlumat veriləcək: "Bildiyiniz kimi, prezident İlhamƏliyevin sərəncamı ilə Təbiət Arxivi Muzeyi tikiləcək. Bu muzeydə saxlanılasısaysız-hesabsız eksponatlarımız var. Xarici həmkarlarımız onlardan xəbərtutmalıdırlar. Azərbaycan təkcə neft ölkəsi deyil. Zəngin təbiətimiz var. 4 fəslıdoya-doya yaşayan az xalq var ki, onlardan biri bizik. Ərazilərimizdə aparılanpoleontoloji qazıntılar zamanı dünyanı heyrətə gətirəcək nümunələr aşkarlanıb.Azərbaycanda xortumluların 10, balinakimilərin 16 növü yaşayıb. Binəqədidəapardığımız qazıntılar zamanı müxtəlif adda cücülər, həşəratlar, böcəkləraşkarlanıb. Bu işlə entomoloqlar məşğul olur. Çexiyada Entomologiya İnstitutu fəaliyyətgöstərir. Bizdə belə institut yoxdur. Onlarla ələqələr yaratsaq, müştərək layihələrhəyata keçirərik”.

T.Eybatov onu da vurğulayıb ki, Azərbaycan həm də qədiminsanların məskəni olub. Bu faktları əks etdirən dəlillər sərgidə nümayişolunacaq. Bununla yanaşı, Binəqədidə fauna və flora qəbirstanlığı var. Yer üzərindəikinci belə məkan yoxdur. Oradakı cücülərin hətta rəngləri də necə var, eləqalıb. Quşlar, cücülər günəşin şüalarından parıldayan mazut yığınını göl bilib,ora enir və batıb qalırdılar. Beləliklə zəngin təbii muzey yaranıb. TəbiətArxivi Muzeyi Binəqədidəki həmin ərazidə tikiləcək”.

Alimlər Praqada keçiriləcək "Azərbaycanın geologiyaelmi Çexiyada” sərgisinin vətənimizin təbiətinin və sərvətlərinin, eləcə dəgeologiya elminin son nailiyyətlərinin xaricdə tanıdılmasında müstəsna roluolacağını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti yanında BilikFondunun yaratdığı bu imkandan ölkəmizin xeyrinə maksimum şəkildə faydala biləcəyimizəəmin olduqlarını deyiblər.