adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Fevral 2015 11:56
3355
MƏMLƏKƏT

“Bibiheybətneft” NQÇİ-də bir gün

SOCAR-ınGənc jurnalistlər üçün təşkil etdiyi "Qış məktəbi” layihəsiçərçivəsində Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyi "Bibiheybətneft”NQÇİ-ilə tanışlıq olub. BibiheybətNeft-qaz çıxarma idarəsinin Geoloji şöbəsinin rəisi Rauf Vəliyev jurnalistlərəgörülən işlərdən danışıb. Rauf Vəliyev bildiribki, dünyada ilk dəfə mexaniki üsulla qazılmış quyu Bibiheybətdə olub: "Yatağınsahəsi 160 hektar, eni və uzunluğu 5 kmdir. Ümumi dərinliyi kəsiş boyu 1750metrdir. Yataqda 29 neft-qaz layı mövcuddur. Həmin laylar kəşf olunub. Neftquyuları məhdudlaşdırılıb. Bu kəsişmə də aşağı və yuxarı şöbəyə bölünür. Gündəlikneft hasilatımız 313 ton və gündəlik çıxarılan su 3min kubmetrdir. Yataqhazırda 91 faiz sulaşıb. Yatağın işlənməsinin son mərhələsidir. Digər quyu isə1923-cü ildə istismar olunmuş 5 nömrəli quyunun beşinci horizontından 450 metrdərinlikdə gündəlik hasilatı isə 8-10 ton olan neft çıxarılır. Hazırda quyununneft verimi gündəlik bir tondur. Gələcək üçün 4 neft quyusu mövcuddur. Qeydedim ki, 1973-cu ildə quyunun istismarının 50 illik yubleyində Heydər Əliyeviştirak edib”.


Rauf Vəliyev deyir ki, əvəllərburada kəhriz quyuları olub. Dəniz suyu qalxdıqca həmin bu ərazilər sularınaltında qalıb: "Bu ərazilər qurudulmamışdan əvvəl burada kəhriz quyuları olub.Dəniz sahilərində yerləşən bu quyular olub dəniz suyu qalxdıqca həmin bu ərazilərit-bata düşüb”.

"Bibiheybətneft” NQÇİ-nin yatağında cəmi 3827 quyu qazıldığını bildirənR.Vəliyev deyir ki, quyulardan 590 yalnız istismar fondundadır: "Onlardan 38quyu fəaliyyət fondundadır. Qalan quyular ləğv olunub. İstismar üsulumuzgördüyünüz kimi mexaniki üsuldur. Mancanaq vasitəsilə neft istehsal olunur.Üsullar fantan, qazlift və.s addadır. Əvvəllər fantan üsuli ilə işləyib. İlklay təziqi hoziontal, 120 atmosfer gücündə olub. Lay işləndikcə layın təziqiazalır. Biz lay təziqini sabit saxlamaq üçün Bibiheybətdən çıxarılan suyu yerinəvururuq. Beşinci horizontda 105 quyu işləyir. Quyular kənara heç bir maneəyaratmır. Hər bir quyunun özünün 50 metr uzaqlıqda mühafizə zolağı var”.


Rauf Vəliyev qeyd etdi ki, hazırda bir sıra quluyar təmir olunurlar: "Quyular ay ərzində 25-26 günişləyir. Suların təribində bakteriyalar olduğu üçün turbalarda tez-tez sızmalarolur. Birqadalar vasitəsilə quyular əsaslı təmir və carı təmir olunurlar.Birqadalar vasitəsi ilə 700 metrlik quyunun təmiri 12 saata başa gəlir”. 
Neft mədənindən onu da bildirdilər ki, ikincilülə qazma ilə quyular qazılır. Bu üsula 2013-cü ildən bəzi qazılır. Onlardangündəlik 3-4 ton neft əldə olunur. Elə quyuda var ki, 80-90 metrdən bizə neft verir.

Neft mədənlərinin işçiləri deyir ki, burada əvvəldən qalan quyularvar ki, onlardan hələ də, neft çıxarılır: "Bu ərazidə 1900-cü ildə istismaraverilən quyu var ki, hələdə işləyir və gündəlik verdiyi neft bir tondur. Onun beş horizontu var, onuqaytarmaq lazımdır ki, istismar olunsun. Ən çox neft verilən quyumuz 550 tonneft verib. Biz hazırda 2 lülə qazma işi davam etdirik ki, gələcəkdə istifadəyəverilsin. Bunlar çox sadə üsulla, öz birqadamızın hesabına qazılır. Əvəllərquyunu yuxarıdan aşağı qazırdıqsa, artıq texnika inkişaf edib deyə quyularaşağıdan yuxarıya doğru qazılır. Neft aldıqdan sonra yuxarı layların istismaraverilməsi başlanır. Daha sonra nefti Heydər Əliyev adına Neft emalı zavoduna təhvilveririk. Həmin zavodda qaz, neft və su ayrılır. Aldığımız suyu yenidən quyuza vururuq.Texniki səbəbdən ləğv olunmuş quyularımız var ki, hansı ki, bu quyular tükənmişquyulardır. Hər hansı quyu ləğv olunan kimi idarəyə məlumat verilir ki, buquyunun artıq neft obyekti yoxdur. Fövqəladə hallar Nazirliyinin yerin təkihaqqında Agentliyi var. O agentlik bizə icazə verir və biz o quyunu ləğvedirik. Həmin quyunun ekoloji cəhətdən heç bir problemi olmur. Quyunun neçənçiildə yaranması və ləğv olunması göstərilir ki, buna da quyunun baş daşıdeyilir”. 


Onu da bildirək ki, ərazidə polyak əsilli mühədisPototskinin məzarı da var. Hər il buranı xarici qonaqlar ziyarətedir.Əvvəl bura məzarlıq olmayıb. Buradabasdırılmaq onun vəsiyyəti olub. Pavel sağlığında vəsiyyət edib ki, onu, təşəbbüsüilə qurutduğu sahənin dənizə ən yaxın olan hissəsində basdırsınlar. Elə dəedirlər. Bu gün Bibiheybət neftçiləri onu həmişə ehtiramla yad edirlər. Əməyiniqiymətləndirirlər.

Ədil Ədilzadə