Bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 7, Göygöl, Astara, Daşkəsən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Gədəbəy, Şahbuz, Şəki, Yardımlı, Qax, Oğuz, Qəbələ, Qobustan, Altıağac, Xaltan, Göyçay, Ağdam, İmişli, Sabirabad, Neftçala, Zaqatala, İsmayıllı, Balakən, Culfa, Biləsuvar, Cəlilabad, Ordubad, Tovuz, Ağstafa və Naxçıvanda 3 mm-dək olub.
Qax, Şəki, Qusar, Daşkəsən, Göygöl, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 9, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

