Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Avqustun 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
Düşən yağıntının miqdarı: Qrız, Gədəbəydə 10 mm, Oğuz, Balakəndə 7 mm, Qax, Şahdağ, Qusarda 6 mm, Daşkəsən, Sədərəkdə 4 mm, Xaltan, Göygöldə 3 mm, Şəki, Quba, Şərurda 2 mm, Naftalan, Qəbələ, Zaqatala, Şabran, Tərtər, Yevlaxda 1 mm-dək olub.
Əvvəlcədən verildiyi kimi şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Daşkəsən, Lerik, Balakən, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 37, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti olub.
Digər Xəbərlər
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56
Bu şəxslərə daha çox məzuniyyət veriləcək
16 Dekabr 2025 12:34
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 12:22
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
16 Dekabr 2025 12:21
Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyənləşir
16 Dekabr 2025 12:03
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulur
16 Dekabr 2025 11:20
Azərbaycanda 18 yaşadək işçilərlə bağlı YENİLİK
16 Dekabr 2025 10:49


Bakı -°C

