Beynəlxalq Rəqs Günü münasibətilə hesabat konserti keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Rəqs Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında akademiyanın orta ixtisas təhsil pilləsinin buraxılış-hesabat konserti keçirilib.
Konsertdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai və mədəniyyət xadimləri, media nümayəndələri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında F. Şopenin “Polonez”, C.Cahangirovun liriq rəqsi “İlk Bahar”, M. Qotşalkın “Tarantella”, yunan rəqsi “Sirtaki”, xalq musiqisi “Şalı-Şalı”, V. Adıgözəlovun “Bayram suitası”, xalq musiqisi «Vağzalı», B. Asafyevin «Baxçasaray fontanı» və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadədir.
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

