Beynəlxalq mükafatlandırma proqramının finalçısı bəlli oldu
Beynəlxalq nüfuza malik "Böyük Britaniya universitetlərinin məzunlarının regional proqramı"nın finalçıları məlum olub.
Adalet.az xəbər verir ki, 123 ölkədən 1700 nəfərin qatıldığı proqramın finalına 63 nəfər seçilib. Maliyyə Bazarına Nəzarət Palatasının idarə heyətinin üzvü, Hüquq və icraat departamentinin direktoru Əfqan Baxışov da beynəlxalq proqramın finalçısı adına layiq görülüb. Ümumilikdə, Avropa, Geniş Avropa, Mərkəzi Afrika, Yaxın Şərq və Şimali Afrika (YŞŞA), Şərqi Asiya, Cənubi Asiya və Amerika olmaqla 7 region üzrə namizədlər seçilir. Hakimlər 3 nominasiya - ictimai fəallıq, peşəkar və sahibkarlıq nailiyyəti üzrə liderləri müəyyənləşdirəcəklər. Məlumata əsasən, Əfqan Baxışov 2013-cü ildə Böyük Britaniyanın Chevening Təqaüd Proqramının Azərbaycan üzrə qalibi olaraq Mançester Universitetində ali təhsil alıb. "British Council" tərəfindən qeyd edilən mükafatlandırma proqramında iştiraka dəvət alan Ə.Baxışov Geniş Avropa regionu üzrə peşəkar nailiyyətlər üzrə nominasiyasında 3 finalçıdan biridir. Qeyd edək ki, aprelin 19-da hər bir region üzrə qaliblərin adı açıqlanacaq.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03