Beyləqanda zavod yandı
Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Mil qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) "CTS AQRO” MMC Beyləqan pambıq istehsalı və emalı zavodunun ərazisində ümumi sahəsi 1500 kv.m olan talvarın altına yığılmış 200 ton pambıq tayasının 5 tonu yanıb.
Yanğından pambıq tayasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 21.05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər Xəbərlər
06 May 2024 11:49
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat edib
06 May 2024 11:13Qazaxla sərhəddə mina partladı - Erməni hərbçi yaralandı
06 May 2024 10:56Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 10:52Bu rayonlarda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!
06 May 2024 10:48