adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Oktyabr 2014 16:00
13058
ŞOU-BİZNES

Beren Saat rusları təəccübləndirdi

Basketbol Avro Liqası çərçivəsində keçirilən oyunda Türkiyənin məşhuraktrisası Bərən Saat simvolik olaraq çıxış edib. Adalet.az Türkiyə mətbuatınaistinadən xəbər verir ki, Türkiyənin "Anadolu Efes” və Rusiyanın UNİKSbasketbol komandasının görüşü zamanı çəhrayı rəngli topu ilk olaraq meydandaBeren Saat atıb.

Rusiyada "Fatmagülün suçu nə?” serialının yayımından sonra məşhurlaşanvə sevilən aktrisanın oyun zalına çıxması ruslar üçün gözlənilməz olub. Həmçinintopun rəngi də ruslarda maraq doğurub.

Qeyd edək ki, topun rənginin çəhrayı olması döş xərçəngi ilə mübarizəkampaniyası ilə əlaqədardır. Məqsəd ictimaiyyətin diqqətini bu probleməartırmaqdır.