adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Avqust 2019 09:04
31442
İDMAN

BƏLKƏ QURBAN QURBANOVU ELMAR MƏMMƏDYAROVUN YERİNƏ QOYAQ?!

Hörmətli Elmar Məmmədyarovunrəhbərlik etdiyi Xarici İşlər Nazirliyimizin Ermənistana hər gün Qarabağı (Dağlıq Qarabağı yox ey, Qarabağı) bir az da özünə bağlaması ilə bağlı verdiyietiraz bəyanatları nə Ermənistanın, nə həmsədr ölkələrin, nə də Avropanıntükünü də ürpətmir. Bu bəyanatları Ermənistanın və həmsədr ölkələrin oxuyub-oxumadığını deyə bilmərəm, ammaartıq biz özümüz də oxumuruq. Eyni bəyanatlarabir-iki söz artırırlar, vəssalam.

Amma Qurban Qurbanovun rəhbərliketdiyi «Qarabağ» komandası bəyanat vermir,qol vurur və bizim xarici ölkələrdəki səfirlərimizin çoxundan dahaböyük iş görür.

Deyirəm, elə bəlkə QurbanQurbanovu Elmar Məmmədyarovun yerinə qoyaq?! Bəyanat əvəzinə qol vursun!