adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Noyabr 2014 14:46
3767
MƏMLƏKƏT

Bələdiyyə seçkilərində qadınların təmsilçiliyi

Demokratikcəmiyyətlərin əsas xüsusiyyətlərindən biri odur ki, onların aliqanunvericiliyində hakimiyyətin qaynağı kimi xalq göstərilib.Xalq hakimiyyətibirbaşa və ya dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları vasitəsilə həyatakeçirir.Bütün demokratik dövlətlər öz idarəçilik sistemlərində yerli özünüidarəçiliyə geniş yer verirlər.

AzərbaycanRespublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən yerli özünüidarəni bələdiyyələrhəyata keçirir.Bələdiyyə mənşəcə ərəb sözü olub, ”şəhər idarəsi” deməkdir.Bələdiyyələrinyaranma tarixi isə təqribən 300 ilə yaxın bir dövrü əhatə edir. Özünüidarəetməelementləri olan yerli idarələr bu və ya digər formada bəşər cəmiyyətiinkişafının müxtəlif mərhələlərində mövcud olmuşdur.

Bununlabərabər onun  müstəqil hüquqi instituta vəhakimiyyət orqanları sisteminə çevrilməsi iri Avropa şəhərlərində yerliözünüidarə orqanlarının formalaşdığı orta əsrlər dövründə baş verib.Bələdiyyələrvətəndaşlara yaşadıqları ərazidə olan problemləri müstəqil və sərbəst şəkildə həlletmək imkanı verir. Onlar yerli əhalinin müxtəlif proqramların qəbul edilməsindəvə həyata keçirilməsində iştiraklarını təmin edir.

Bələdiyyələryerli xarakterli problemlərin həllində öz iştiraklarını genişləndirməkləyanaşı, fəaliyyətlərini qanunvericiliyin təkmilləşdirilməsində və yeni maliyyəmənbələrindən istifadə qaydalarının müəyyənləşdirilməsində də əks etdirməlidir.Ümumiyyətlə,yerli özünüidarəetmə ərazidə iqtisadiyyatın dinamik inkişafını təmin etməyə vəbu əsasda əhalinin sosial problemlərinin həllini sürətləndirməyə şəraityaradır.

Azərbaycanda qadın azadlığıfikrini isə I Dünya müharibəsi illərində Məmməd Əmin Rəsulzadə, Ömər FaiqNemanzadə, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli düşüncə adamları önə çəkib.Onlar bu addımı atmaqla milli gəlişmə işinə Azərbaycan qadınlarının daqoşulmasına çalışıblar. Məhz bu işlərin nəticəsi olaraq qadınlarımız seçkihüququna ilk dəfə 1919-cu ilin sentyabrında Azərbaycan DemokratikRespublikasının parlamentinə keçirilən seçkilər zamanı nail olublar. Lakin həmindövrdə qadınlar seçmək və seçilmək hüququnu qazansalar da, parlamentə üzv kimiseçilə bilməyiblər.

Zaman keçdikcə isə Azərbaycanqadını seçki hüquqları uğrunda mübarizəsini dayandırmayaraq, müxtəlif seçkiliqurumlarda təmsil olunmaq imkanı əldə edib. 1991-ci ildə Azərbaycan yenidənmüstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqildövlətin qurulmasında qadınların rolu daha da artdı. 1992-ci ildə AzərbaycanBMT və ATƏT-in, 2001-ci ildə isə Avropa Şurasının üzvü oldu. Bu təşkilatların hərbirinin tərkibində gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılmasıilə məşğul olan strukturlar var. Azərbaycan dövləti də bu qurumlara üzv olduğuvaxtdan etibarən həmin strukturların hər biri ilə sıx əməkdaşlıq edir. AzərbaycanRespublikası 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqlarıhaqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasıhaqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də"Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahlarınqeydə alınması haqqında" 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ciildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat"Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə "Qafqazdagender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub.

1995-ci il noyabrın 12-dəümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan RespublikasınınKonstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edərək, demokratikdövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb.Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları vəazadlıqları var. Konstitusiyanın 56-cı maddəsinə əsasən, qadınların dövlətorqanlarına seçmək və seçilmək, həmçinin referendumda iştirak etmək hüququnamalikdir. Qadınların seçki hüquqlarının tənzimlənməsi və həyata keçirilməsi "SeçkiMəcəlləsində" öz əksini tapıb. Ancaq buna baxmayaraq, dövlətstrukturlarında, parlamentdə, bələdiyyədə, siyasi fəaliyyətlə məşğul olanqadınlaımızın sayı çox azdır. Qeyd edək ki, Azərbaycanda ilk bələdiyyə seçkilərində(1999-cu il 23 min bələdiyyə üzvününyalnız 395 nəfəri qadın idisə, 2004-cü ildə keçirilən ikinci seçkilərdəqadınların sayı 800-ə, 2009-cu ildə 4081 nəfərə çatıb. Üçüncü bələdiyyə seçkilərindənsonra formalaşan bələdiyyələrə seçilən sədrlərin arasında qadınların sayı isə302 nəfəri təşkil edib. Bu gün bələdiyyə qulluqçuları, komissiya sədrləri, sədrmüavinləri arasında da xeyli sayda qadınlar var. Bu rəqəm hər seçkidən sonrayüksələn xətt üzrə inkişaf edir

Azərbaycandünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən bir olmasına rəğmən, ölkəmizdə dövlət və yerli idarəetmədə qadınların aktiv iştirakçılığından danışmaq mümkündeyil. Rəsmi statsitikaya görə, məşğul əhalinin ümumi sayında qadınların xüsusiçəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır.Lakin müəllimlərin çoxu qadın olsa da, məktəb direktorlarının cüzi bir hissəsiniqadınlar  təşkil edir.

Qarşıdan bələdiyyə seçkisi gəlir.Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerliözünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkilibələdiyyə orqanları olur. Bələdiyyələr bərabərlik əsasında qurulur, fəaliyyətgöstərir və Konstitusiya, eləcə də Qanunla səlahiyyətlərinə aid edilmiş yerliəhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.

"Bələdiyyə" və "yerliözünüidarə" terminləri, habelə bu ifadələrin iştirakı ilə düzələn sözbirləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarınınhəyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyətobyektləri və başqa obyektlər barəsində, eləcə də əhali tərəfindən yerliözünüidarənin həyata keçirilməsi ilə əlaqədar işlədilir. Bələdiyyələr 500nəfərdən az əhalisi olan yerlərdən tutmuş, 300000 nəfərə qədər olan yerlərdəyaradılır. 300 min nəfərdən çox əhaliyə malik şəhərlərdə şəhərin inzibatibölgüsünə görə bələdiyyə yaradıla bilir.

Belə problemlər içərisində xüsusidiqqət çəkən məqam qadınların demokratik quruculuq prosesində zəif iştirakıdır.Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur. ArtıqAzərbaycan qadını dünya səviyyəsində təmsil oluna biləcək intellekt və savadhəddinə yüksəlib. Bununla yanaşı, qadınların cəmiyyətin müxtəlif sahələrindətəmsilçiliyi kifayət qədər yüksək deyil. Sosial həyatın bütün sahələrindəağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklədemokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri bunaböyük bir fürsət verir. Tədqiqatlardan məlum olur ki, qadınların böyükhissəsinin bələdiyyə seçkisi haqda məlumatları məhduddur. Onlar seçki hüquqlarıbarədə az məlumatlıdırlar.

Bələdiyyə seçkisi siyasi təsisatlarınyarışması olsa belə, digər seçkilərlə müqayisədə daha çox ictimai məsələdir.Bələdiyyələr fəaliyyət genişliyinə görə daha çox insanı əhatə edir. Ölkədəgedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığımühümdür. Çünki bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərinhəlli sayılırsa, bu problem cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasənqadınların üzərindədir. Qadınlar öz problemini daha yaxşı bilir. Məktəbin,xəstəxananın normal fəaliyyəti, yolların və bütövlükdə infrastrukturunqaydasında olması, işıq, qaz, su təminatı daha çox qadının problemləri deyilmi?

Deməli, bu problemlərin həlledilməsində daha çox məhz elə qadınlar fəallıq göstərəcəklər.

"XXI Əsrin Qadınları" İctimaiBirliyinin yarandığı gündən qarşısında duran əsas strateji məqsədlərindən biri"Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi"istiqamətidir.

"Qadınların problemləri üzrə DövlətProqramın”-dan irəli gələrək gender bərabərliyinin icra olunan layihələrdəkomponentlərdən biri kimi götürülməsi, təşkilatın problemə ciddi yanaşmasınıgöstərir.

Təşkilatın icra etdiyi layihələrçərçivəsində aparılan araşdırmaların nəticələrini nəzərə alaraq bələdiyyəseçkisində nisbi uğurlar qazanmaq üçün ölkədə əhalinin böyük faizini əhatə edənqadınların fəallaşdırılması yönündə səylərin gücləndirilməsini mühüm hesabedir. Belə ki, Azərbaycanda konstitusion baxımdan hüquq bərabərliyi mövcuddurvə bundan irəli gələrək qadınlar arasında maarifçiliyə, xüsusilə seçkimaarifçiliyinə böyük ehtiyac duyulur. Statistik məlumatlara əsasən ölkəmizdəqadınların sayı kişilərin sayına nisbətən çoxdur. Qadınların bələdiyyələrdətəmsilçiliyinin statistik göstəriciləri ilə yerli səviyyədə qərar qəbuletmədəreal qadın iştirakçılığı arasında mühüm fərqlər var və bu fərqi doğuran birsıra iqtisadi, siyasi, sosial və hüquqi amillər mövcuddur. Statistika iləreallıq arasındakı fərq isə son nəticədə kənd yerlərində yoxsulluğun və genderbərabərsizliyinin aradan qaldırılmasında bələdiyyələrin, xüsusilə bələdiyyəüzvü və qulluqçusu olan qadınların rolunu azaldır.

Amma seçib-seçilmək prosesi zamanı bumütənasiblik pozulur. Həm seçilən, həm də səsverməyə gələn qadınlar azlıqtəşkil edir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə qadınlarınseçkilərdə fəallığının artırılması üçün onların maarifləndirilməsinə, bilik vəbacarıqlarının artırılmasına böyük ehtiyac var.

Son olaraq qeyd edək ki, Azərbaycanqadını öz fəaliyyətini şaxələndirib. Əsgərlərlə görüşlər keçirir, uşaqevlərində, qocalar evində, əlillər evində tez-tez olur, imkan daxilində onlara maddivə mənəvi dayaq olurlar. Qadınlara etimad və imkanın daha da artırılmasınıarzulayaram. İnanırıq ki, möhtərəm Prezidentimiz İlham  Əliyev qarşıdan gələn parlament seçkilərindədə qadınlarımızın sayını artırar və icra strukturlarında onların sayı çoxalar.Azərbaycanda cəsarətli və işgüzar qadınlarımızın sayı çoxdur.