adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Iyun 2020 10:22
15200
DÜNYA

Belarusiyada namizədlər qandallanır

Prezidentliyə əsas namizədlərdən biri, "Belqazprombank"ın eks rəhbəri Viktor Babarikonun həbsindən dərhal sonra, onun tərəfdarları paytaxt Minskdə "həmrəylik zənciri" adlı etiraz piketlərinə başlayıb.

Dünən saat 18-00-dan Belarusiya Dövlət Flarmoniyasının qarşısından başlayan "həmrəylik zənciri", gecə saat 22-00-a artıq Müstəqillik meydanına qədər uzanıb. "Evdə divanda oturub YouTube şərhçiliyi etməyin vaxtı deyil. Biz sübut etməliyik ki, ölkədə işıqlı gələcəyin qurulması üçün dəyişiklərin edilməsinin, azad və ədalətli prezident seçkilərinin keçirilməsinin tərəfdarları həqiqətən 97 faizdi"- deyə aksiya təşkilatçılarlı bildirib.

Hadisələri izləyən jurnalistlər bildiirir ki, Malyavin bulvarının yaxınlığında içində mülki geyimdə olan qara şüşəli mikroavtobus, həmçinin içərisində milis formasında olan milis işçiləri ilə dolu iki avtobus dayanıb. Yol milisi işçiləri aksiya iştirakçılarını binalara daha yaxın dayanmağa və pandemiya ilə əlaqədar məsafə saxlamağa çağırırlar. Yoldan keçən avtomobillərin sürücüləri səs siqnalları verərək aksiya iştirakçılarına həmrəyliklərini nümayiş etdirirlər.

"Həmrəylik zəncirində" duran vətəndaşlar gecə yarısına kimi aksiyanı davam etdiriblər.
Babariko 18 iyunda oğlu Eduard Babariko ilə birlikdə topladıqları yarım milyona yaxın seçici ilzalarını MSK-ya təhvil verməyə gedərkən həbs olunub.



Maliyyə Departamentinin binasında ata, oğul Babarikolar "Belqazprombank" ın işləri ilə bağlı
ifadə veriblər. Eyni zamanda onların evlərində axtarışlar aparılıb. " Babariko qanunsuz hərəkətlərin bir başa təşkilatçısı olduğu , azadlıqda qalarkən şahidlərə təzyiq göstərmək imkanları olduğu, törətdikləri cinayət əməllərinin izlərini itirməyə çalışdığı və bu yaxınlarda ona məxsus hesablardan birindən külli miqdarda pul çıxardığı üçün həbs edilib"- deyə Dövlət Nəzarət Komitəsinin rəhbıəri İvan Tertel məlumat verib.

Bildirilir ki, "Belqazprombank"ın daha əvvəl saxlanılan əməkdaşlarının əksəriyyəti istintaqla əməkdaşlıq edir və Babarikoya qarşı ifadələr verirlər.

Xatırladırıq ki, Belarusiyada prezident seçkiləri

9 avqust 2020-ci il tarixinə təyin olunub. 1994-cü ildən ölkəyə başçılıq edən hazırki prezident Aleksandr Lukaşenko 6-cı dəfə namizədliyini irəli sürüb. Artıq əsas rəqiblərindən ikisini həbs etdirərək sıradan çıxaran Lukaşenkonun növbəti dəfə prezident seçiləcəyi şübhə doğurmur. Etizaz aksiyası keçirən vətəndaşlarda belə düşünürmü?

Rüstəm HACIYEV